Bütün xəbərlər
28 avqust, 16:38

İlqar Əhmədov Kəlbəcərdəndir. Tezliklə Qarabağ torpaqlarına işləməyə gedəcək. Bu günlərdə dövlət nümunəli sertifikat alıb. Keçmiş məcburi köçkün kimi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icra edilən “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə qısamüddətli təlimlərə cəlb edilib və kursu uğurla bitirən ilk 9 müdavimdən biri olub.

İşğaldan öncə satıcı idi, daha sonra çilingər oldu

İlqar Əhmədov Kəlbəcərdən 1993-cü ilin aprelində çıxıb. Onda hələ 25 yaşı vardı. Bir mağazada satıcı işləyirdi. Sonra ailəsi ilə birlikdə yurd-yuvasını tərk edib məcburi köçkün həyatı yaşayıb. Tərtər, Bərdə, Yevlaxdan keçib, axırda Bakıda məskunlaşıb. Ələ baxmaq, yardım gözləmək istəməyib. “Özümün əlim tutur” deyib qollarını çırmayıb.

Bakıda santexnik olmağa qərar verib. “Bir sənətkarın yanında öyrəndim”, – deyən İlqar Əhmədov usta köməkçisi olaraq işə başlayıb. 2000-ci ildən fərdi evlərin su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, təmiri ilə məşğul olan mütəxəssislə çalışıb, “sonra da ustamın sənətini “oğurladım”, ondan da yaxşı usta oldum”, - deyir.

Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, təmiri ilə məşğul olsalar da, iş prosesində ortaya çıxan başqa problemləri də həll ediblər. Bu təcrübə sayəsində başqa peşələrdən də agah olub, fərqli problemləri həll edə-edə başqa işlərdən də baş çıxardıb. 

Artıq alternativ enerji qurğu və avadanlıqlarını işə salacaq

Niyə məhz alternativ enerji qurğuları ilə bağlı ixtisas seçib? Axı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırda 42 istiqamət üzrə belə təlimlər həyata keçirilir.

Deyir ki, hazırda bu sahəyə ölkəmizdə böyük önəm verilir: 

“Qarabağda da bu sahə üzrə böyük layihələr icra olunur. Düşünürəm ki, bu ixtisas üzrə bu il müdavim olanların hamısı, o cümlədən mən də qısa müddətdə Qarabağda işlə təmin ediləcəyik. Bizə dedilər ki, alternativ enerji qurğu və avadanlıqlarının istismarı üzrə mütəxəssis kimi hər birimizin adı Dövlət Məşğulluq Agentliyinə təqdim ediləcək. Ona görə də məhz bu ixtisas üzrə ilk təhsil alanlardan biri kimi qısa müddətdə işə başlayacağımızı düşünürəm”.

Bu yaşda şagird olmaq, tədris prosesinə qatılmaq, nəsə öyrənmək İlqar Əhmədov üçün çox maraqlı olub:

“Məktəbə gəlib pis şagird olmaq mümkündürmü? Mən orta məktəbdə də yaxşı oxumuşam. Təhsil aldığım dövrdə bir dəfə də “3” almamışam. Məktəb ocaqdır, buraya gəldinsə, oxumalısan”.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.