Bütün xəbərlər
20 mart, 14:37

Martın 19-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Quba şəhəri Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə görüş keçirib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən seminarda Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, məktəbin direktoru Sevil Allahverdiyeva və digər qonaqlar iştirak ediblər.

Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb və BSU-nun bu çərçivədə regionlarda məktəblilərlə maarifləndirici görüşlər keçirməyi planlaşdırdığını bildirib. O, görüşlərin əsas məqsədinin Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri araşdırmaq və bu mövzuda geniş müzakirələr aparmaqdan ibarət olduğunu qeyd edib.

Rektor çıxışında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. Eyni zamanda, 1978-ci il Konstitusiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin milli dövlətçiliyin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Anar Nağıyev Azərbaycanın dövlət quruculuğu, Konstitusiyaya dövrün tələblərinə uyğun edilən üç mühüm dəyişiklik və bu dəyişikliklərin ümumxalq referendumu vasitəsilə həyata keçirilməsi barədə məlumat verib. O, xüsusilə 1990-cı illərin əvvəllərində ölkənin qarşılaşdığı çətinliklərə diqqət çəkərək, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin qorunması və güclü dövlət qurulması istiqamətində həyata keçirilən fundamental islahatları bir daha şagirdlərə xatırladıb.

Rektor çıxışında Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu və bu ideologiyanın milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərqərar olmasının, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, 2003-cü ildə dövlət başçısının xalqa verdiyi vədlərin ardıcıl şəkildə yerinə yetirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara hədəfləndiyini vurğulayıb.

Görüş zamanı Milli Məclisin deputatı Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov çıxış edərək Konstitusiya və suverenlik mövzularında məzmunlu fikirlər ifadə ediblər. Görüşdə BSU-nun “Gənc məktəbli dostu”, Quba rayonu Mehrab Niftaliyev adına texniki təmayüllü liseyin XI sinif şagirdi, robototexnika sahəsində uğurları ilə seçilən və bir sıra mükafatlara layiq görülən Zamiq Şükürov da öz həmyaşıdlarına qazandığı uğurlar, eləcə də yaradılan təhsil və inkişaf imkanlarından danışıb.

Sonda məktəblilərə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

1 /5

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.