
Bu gün Naxçıvan Muxtar Respublikasında 64 müəllim sertifikatlaşdırma imtahanı verəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, builki sertifikatlaşdırma prosesinə ümumtəhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya, ibtidai sinif, biologiya, kimya, fizika, informatika, ingilis, fransız və alman dilləri üzrə tədris aparan müəllimlər cəlb olunacaq. Proses iyunun 25-nə kimi davam edəcək.
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesi Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində təşkil olunub.
Qeyd edək ki, sertifikatlaşdırma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 345 müəllimin iştirakı nəzərdə tutulur.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər