
Bu il Azərbaycanda iki yeni idman məktəbi istifadəyə veriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsil Respublika İdman Mərkəzinin direktoru səlahiyyətlərini icra edən Rüstəm Ağayev “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda keçirilən respublika konfransında panel müzakirə zamanı deyib.
Onun sözlərinə görə, məktəblərdən biri Gəncədə olacaq. Digəri isə 2007-ci ildən fəaliyyət göstərən Uşaq-gənclər idman məktəbidir ki, o da yenilənmiş halda istifadəyə veriləcək: “Bu il 25 məktəbdə pilot layihə olaraq idman növləri üzrə məktəbdənkənar fəaliyyətlər təşkil olunacaq. Bu fəaliyyətlərdə uşaqlar dərsdən sonra bir neçə saat idman məşğələlərinə cəlb olunacaqlar".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər