Bütün xəbərlər
26 fevral, 14:18

Gələcəyin kimyaçılarının, həkimlərinin, bioloqlarının yetişdiyi Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyi 2019-cu ilin sentyabr ayından fəaliyyətə başlasa da, qısa müddətdə qazandığı uğurlar çoxdur. Liseyin şagirdləri son 4 il ərzində, təkcə Respublika fənn olimpiadaları və müsabiqələrində 9 qızıl, 19 gümüş, 50 bürünc medal qazanıblar. Yarandığı il 6 sinfi və 142 şagirdi olan liseydə hazırda 19 sinifdə 396 şagird oxuyur.

Qəbul prosesi mərkəzləşdirilmiş qaydada aparılan liseyin direktoru Elmir Məmmədəliyev bildirib ki, liseyin təşkilində əsas məqsəd müxtəlif məktəblərdə təhsil alan xüsusi istedadlı şagirdləri eyni platformada cəmləşdirərək, onlar arasında sağlam rəqabətli mühit yaratmaqdan ibarətdir: “Qəbul, əsasən, 6 və 7-ci siniflər üzrə aparılır. Mərkəzləşdirilmiş qaydadan başqa liseyə əvvəlki illərdə Respublika fənn müsabiqəsinin, olimpiadasının qalibi olmuş şagirdlər də müraciət edə bilərlər. Liseyin məzunları, istər ölkəmizin ali təhsil müəssisələrinə, istərsə də beynəlxalq aləmdə nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar”.

O vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladları da liseyə imtahansız qəbul hüququna malikdirlər: “Liseyimizə gələn hər bir şagirdi çox sevirik. Düşünürəm ki, komandamızın ən böyük nailiyyəti liseyimizə gələn şagirdlərin burada özlərini çox xoşbəxt hiss etmələridir”.

Liseydə oxuyan şagirdlərin təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. Burada dərs deyən müəllimlər istedadlı şagirdlərlə işləməyin nə demək olduğunu yaxşı dərk edirlər. 2019-cu ildən etibarən lisey məzunları ali məktəblərə qəbulda 100% nəticə göstərir. 

Əməkdar müəllim Şəlalə Əkbərli qeyd edib ki, şagirdlərlə elə tədris üsullarından istifadə edərək dərs keçməliyik ki, şagirdlər motivasiyalarını birə-beş artırmış olsunlar: “Buna görə də dərs keçdikdən təqribən bir ay sonra sualım belə olur. Bizim liseyi seçməyimizdə peşman deyilsiniz? Uşaqlardan aldığım pozitiv cavab isə məni sevindirir”.

Rayon sakini Dərya Yaşarlının övladları bu liseydə təhsil alırlar. O, övladlarının 3-nün də təhsilini bu liseyə etibar edib: “Böyük övladım bu liseydən məzun olub və hazırda Azərbaycan Tibb Universitetinin II kursunda oxuyur. Digər övladlarım isə bu liseydə təhsillərini davam etdirirlər”. 

Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin 2024-cü il məzunu Dəniz Məmmədzadə dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan ABŞ-nin Kolumbia Universitetinə qəbul olunub, üstəlik bu universitetdə oxumaq hüququ əldə edilən tələbələrin cəmi 1%-nə verilən “Egleston” mükafatına da layiq görülüb. Dəniz bu mükafatı alan ilk azərbaycanlı gəncdir: “Bu liseyin məzunuyam. Hazırda Amerikanın Kolumbia Universitetində təhsil alıram. Bunu da bütün müəllimlərimə və lisey kollektivinə borcluyam. Buna görə də bütün lisey heyətinə təşəkkür edirəm”.

Yarandığı ildən başlayaraq, liseyin şagirdləri həm RFO-da, həm də beynəlxalq müsabiqələrdə uğurla iştirak edirlər. Beynəlxalq statuslu STEM, Copernik, AMO, SASMO, FİSO, NEO olimpiadaları, “Sabahın alimləri” respublika müsabiqəsi və intellektual yarışlara qatılan lisey şagirdləri qızıl, gümüş və bürünc medallara layiq görülüb. Liseyin məzunları dövlət proqramı əsasında təqaüdlər əldə ediblər. 

Liseyin şagirdi Turan Musayev 2021-2024-cü illər ərzində Respublika fənn müsabiqələrində və olimpiadalarında riyaziyyat fənni üzrə 4 qızıl, 1 gümüş, fizika fənni üzrə 1 qızıl medal qazanıb. Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasından isə 1 gümüş medal əldə edib. 

Liseyin direktor müavini və kimya müəllimi Sevinc Ziyəddinova bildirib ki, son 4 ildə şagirdlərimiz RFO və RFM-də kimya, biologiya, coğrafiya, riyaziyyat, tarix və informatika fənlərində iştirak edərək 9 qızıl, 19 gümüş, 50 bürünc medal qazanıblar: “Belə bir nəticəsi olan şagirdlər ölkəmizin nüfuzlu universitetlərinə müsabiqədənkənar qəbul alıblar. Son 4 ildə liseyimizi 8 məzunumuz qızıl döş nişanı ilə, 3 məzunumuz isə gümüş döş nişanı ilə bitiriblər”. 

Uşaq Birliyi Təşkilatının rəhbəri Ülfət Xəlilova liseydə şagirdlərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün müxtəlif dərnəklər mövcud olduğunu vurğulayıb: “Bu dərnəklərə rəsm, bədii yaradıcılıq dərnəyi, 2024-2025-ci illərdə həyata keçirilən radio qovşağını nümunə göstərə bilərik”. 

Liseyin şagirdləri başqa intellektual yarışlara da böyük maraq göstərirlər. Şagirdlər dərsdənkənar mədəni və intellektual tədbirlərdə yaxından iştirak edir, inşa, yazı və bədii qiraət müsabiqələrində, idman və bilik yarışlarında xüsusi fəallıq göstərirlər. Belə şagirdlərdən biri də Fərid Məmmədovdur. Respublika fənn müsabiqəsinin final mərhələsində biologiya fənni üzrə bürünc medal və RFO-da qızıl və gümüş medallar qazanan Fərid bundan əlavə, “Əlaçı” verilişində iştirak edib, 18-ci və19-cu mövsümlərində diplom qazanıb. 

Tərbiyə işlər üzrə direktor müavini Günel Məmmədova deyib ki, lisey şagirdləri sosial fəaliyyətlərdə də fəallıq göstərirlər: “Belə ki, respublika səviyyəli “Nə? Harada? Nə zaman?” məktəblərarası kubokunda, “Xəmsə” bilik yarışında iştirak edərək dəfələrlə qalib olublar. 

Liseyin bir qrup şagird və müəllimi dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr edilmiş “Zəmanəsinə sığmayan Nəsimi” adlı tədbirlə Şəki Dövlət Dram Teatrında çıxış ediblər. Liseyin “Çapar” adlı komandası “Qarabağın bərpası məktəblilərin gözü ilə” şüarı altında “Azərbaycanın gənc qurucuları” adlı layihə əsaslı olimpiadanın qalibi olub. 

Liseydə oxuyan şagirdlərin bir qismi dövlət hesabına yataqxana ilə təmin olunub. Yataqxanada qalan şagirdlərə gün ərzində 3 dəfə, qalan uşaqlara isə  1 dəfə yemək verilir. 

Şəhid Elçin Nadirovun qızı Arzu Nadirova da bu liseydə oxuyur. O, sinif yoldaşlarının və müəllimlərinin onun üçün çox doğma və əziz olduğunu dilə gətirib. Arzu bu liseydə oxuduğu üçün özünü çox xoşbəxt hiss edir.

Tərbiyə işlər üzrə direktor müavini Şirəli Abbasov liseydəki fəaliyyət xüsusi qabiliyyəti və istedadı olan şagirdlərin səmərəli təhsil almaları və ən əsası şəxsiyyət kimi formalaşmaları istiqamətində qurulduğunu qeyd edib: “Ən vacibi isə işimizi sevməyimizdir. Bu, çox önəmlidir. Uğura aparan yol buradan başlayır”.

Şərhlər

Xəbər lenti

20 avqust, 10:22

Magistratura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların elektron qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

20 avqust, 09:30

Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 19:33

MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.