Bütün xəbərlər
17 aprel, 14:33

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:10

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:19

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.