Bütün xəbərlər
22 mart, 18:28

Cənubi Avstraliyanın dövlət məktəblərində mobil telefon qadağasının 12 aylıq təhlili şagird davranışlarında əhəmiyyətli dərəcədə irəliləyişlərin müşahidə olunduğunu göstərib. Belə ki, məktəb rəhbərlərinin 93%-i telefonla bağlı problemlərin həlli üçün ayrılan vaxtın azaldığını bildirib. Həmçinin müəllim və valideynlərin əksəriyyəti şagirdlərin dərs zamanı diqqətinin artdığını və tənəffüslərdə daha pozitiv fəaliyyətlərə qatıldığını qeyd edib.

Telefon qadağası ilə bağlı bir illik icmalın hazırlanması və bu qərarın effektivliyinin ölçülməsi məqsədilə valideynlər, müəllimlər və şagirdlər arasında keçirilən sorğuda 3 000-dən çox cavab toplanıb. Nəticələrə əsasən:

  • Məktəb rəhbərlərinin 93% və müəllimlərin 79%-i telefon və sosial media ilə bağlı problemlərin həllinə sərf olunan vaxtın azaldığını bildiriblər;
  • Məktəb rəhbərlərinin 83% və müəllimlərin 75%-i tənəffüslərdə daha pozitiv fəaliyyətlərin müşahidə olunduğunu qeyd ediblər;
  • Məktəb rəhbərlərinin 76% və müəllimlərin 70%-i dərs zamanı diqqət və iştirakin artdığını bildiriblər;
  • Məktəb rəhbərlərinin 75% və müəllimlərin 64%-i məktəblərdə mobil cihazlarla bağlı baş verən insidentlərin azaldığını qeyd ediblər.

Sorğunun nəticələrinə əsasən, övladlarının sosial mediadan istifadəsinə görə narahat olan valideynlərin 77%, belə bir narahatlığı olmayan valideynlərin isə 61%-i qadağanın müsbət təsiri olduğunu hesab ediblər.

Qeyd edək ki, Cənubi Avstraliya ölkədə mobil telefonlara qarşı ən sərt qadağanı tətbiq edən ştatdır. Burada “bütün gün bağlı və kənarda” qaydası tətbiq edilir və bu qayda tənəffüslər də daxil olmaqla, bütün dərs günü ərzində qüvvədə olur. Təhlillər bu prosedurun məktəblərdə anti-sosial davranışların qarşısının alınmasında və insidentlərin azalmasında mühüm rol oynadığını göstərir.

Bundan əlavə, Təhsil Departamentinə verilən məktəb hesabatlarında ümumilikdə mobil telefonlar və sosial media ilə bağlı kritik insidentlərin azalması müşahidə olunub:

  • 2024-cü ildə sosial media problemləri ilə bağlı hadisələrin sayı 57.3% azalıb (2023-cü ildə 211 hadisə, 2024-cü ildə 90 hadisə);
  • Mobil cihazların iştirakı ilə davranış problemləri ilə bağlı hadisələrin sayı 37.9% azalıb (2023-cü ildə 166 hadisə, 2024-cü ildə 103 hadisə);
  • Nizam-intizamın, məktəbdaxili qaydaların pozulması halları isə 34% azalıb (2023-cü ildə 50 hadisə, 2024-cü ildə 33 hadisə).

Sorğuda iştirak edən şagirdlərdən tənəffüs və nahar fasilələrində nə etdikləri soruşulduqda onların əksəriyyəti digərləri ilə söhbət etdiklərini, gəzintiyə çıxdıqlarını və idman oyunları oynadıqlarını bildiriblər.

Qadağaya əlavə olaraq, Avstraliyada 2025-ci ildən etibarən şagirdlər üçün onlayn təhlükəsizlik, uyğunsuz rəqəmsal davranışların riskləri və dəstək strategiyaları ilə bağlı yenilənmiş təhsil proqramları təqdim ediləcək. Bu proqramlar onların rəqəmsal təhlükəsizlik və mobil cihazlardan düzgün istifadə bacarıqlarını daha da inkişaf etdirməsinə kömək edəcək.

Xatırladaq ki, tətbiq olunan qaydalara əsasən, bütün Cənubi Avstraliya dövlət məktəblərinin şagirdləri mobil telefonlarını və digər fərdi cihazlarını (ağıllı saatlar da daxil olmaqla) dərs saatlarında bağlı və göz önündən uzaqda saxlamalıdırlar. Yalnız müəyyən istisna hallarda müəllimlərin icazəsi ilə cihazlardan istifadə edilə bilər.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.