Bütün xəbərlər
11 mart, 11:05

ADPU-nun nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimlərin rəqəmsal savadlılığı artırılır. Bu məqsədlə “Rəqəmsal bacarıqlar və innovativ tədris alətləri” təlimi keçirilir. Müəllimlərə müasir texnologiyalardan istifadə etməklə innovativ və interaktiv tədris metodlarını mənimsətmək, onların rəqəmsal savadlılığını artırmaq və yeni nəsil pedaqoji yanaşmaların tətbiqinə dəstək olmaq məqsədilə keçirilən təlimlər daha 4 gün davam edəcək. 

Kollecin direktoru İsrayıl İsgəndərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, təlimlər “ADPK-nın 2024-2028-ci illər üzrə Strateji İnkişaf Planı”na uyğun olaraq riyaziyyat və informatika fənn birləşməsinin təşəbbüsü ilə fevralın 28-dən başlayıb: “Təlimdə hər biri 20 nəfərdən ibarət olmaqla formalaşdırılmış qruplarla iş aparılır, onlara rəqəmsal mühitdə alətlərdən istifadə öyrədilir, birgə əməkdaşlıq, fayl idarəetməsi və bulud əsaslı iş proseslərini təkmilləşdirmək bacarıqları inkişaf etdirilir”.

İsrayıl İsgəndərovun sözlərinə görə, təlimin mühüm komponentlərindən biri xüsusi platformalar vasitəsilə tədris prosesinin fərdiləşdirilməsi, dərs planlarının hazırlanması və tələbələrin irəliləyişinin izlənməsidir: “Belə ki, təlim çərçivəsində müəllimlər yalnız rəqəmsal alətlərin texniki imkanlarını öyrənməklə kifayətlənmir, həm də süni intellektin tədris prosesinə inteqrasiyası, interaktiv və fərdiləşdirilmiş öyrənmə mühitlərinin yaradılması istiqamətində dərin biliklər əldə edirlər”.

Təlim proqramı iştirakçılara “Microsoft Copilot 365”, “LearningApps” və “Magic School AI” kimi qabaqcıl texnoloji həllərlə işləməyi öyrətməklə yanaşı, onların pedaqoji bacarıqlarını da təkmilləşdirir. Müəllimlər, həmçinin interaktiv dərs planları hazırlamaq, tələbə iştirakını artırmaq və yeni metodlarla dərsləri daha dinamik və cəlbedici etmək üçün praktik fəaliyyətlərə cəlb olunurlar: “Təlim prosesində hər bir iştirakçı öz tədris etdiyi fənnə uyğun olaraq süni intellekt dəstəkli və innovativ tədris yanaşmalarını tətbiq edərək ən azı 3 mövzu üzrə təqdimat hazırlayır. Bu yanaşma onların fənn materiallarını daha əyləncəli və effektiv təqdim etməsinə imkan yaradır. Proqram çərçivəsində 36 saatlıq tədris yükü nəzərdə tutulub ki, bu da həftədə 1 dəfə olmaqla ümumilikdə 4 gün (12 saat) auditoriya dərslərini və əlavə 24 saat mentorluq dəstəyi ilə təlimdən kənar praktiki tapşırıqları əhatə edir. Əyani və onlayn formatda təşkil olunan təlimlər bütün təhsil pillələrində çalışan müəllimlər üçün nəzərdə tutulur və uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunur. Təlim yalnız müəllimlərin texnoloji savadlılığını artırmaqla kifayətlənmir, həm də onların innovativ pedaqoji yanaşmaları mənimsəməsinə, tədris keyfiyyətini yüksəltməsinə və tələbələrlə daha effektiv ünsiyyət qurmasına şərait yaradır”.

İ.İsgəndərov əlavə edib ki, kollecin təşəbbüsü ilə həyata keçirilən bu proqram müasir təhsil sistemində müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və XXI əsrin tələblərinə uyğun tədris strategiyalarını genişləndirmək baxımından əhəmiyyətli addımdır: “Müəllimlər təlim müddətində müxtəlif səviyyəli və interaktiv praktiki tapşırıqlar üzərində işləyir, real dərs ssenariləri əsasında simulyasiyalara qatılır, həmçinin mentorluq proqramı çərçivəsində fərdi və qrup məşğələlərində iştirak edirlər. Bu yanaşma onların əldə etdikləri bilik və bacarıqları möhkəmləndirməsinə, innovativ tədris metodlarını praktikada sınamasına, qarşılaşa biləcəkləri çətinlikləri əvvəlcədən dəyərləndirib həll yollarını müəyyən etməsinə və nəticə etibarilə real tədris prosesində daha effektiv tətbiq etməsinə imkan yaradır”.

Kollec direktoru kollecin təşkil etdiyi bu təlim çərçivəsində iştirakçıları qarşıdakı həftələrdə daha maraqlı və faydalı sessiyaların gözlədiyini də vurğulayıb. Təhsil müəssisəsinin rəhbərliyi bu cür proqramların davamlı şəkildə həyata keçirilməsinin müəllimlərin peşəkar inkişafına və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini qeyd edib.

1 /1

Şərhlər

Xəbər lenti

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

15 aprel, 13:31

“Fiziki tərbiyə şagirdlərdə vətənpərvərlik ruhunu artırır” – Gənc idman müəllimi

15 aprel, 13:12

“Məktəb uşaqlara doğru gəlməlidir”

15 aprel, 12:17

“BilBacar” müsabiqəsinin aprel ayı üzrə yarış mərhələsinə start verilib

15 aprel, 12:15

Geomaqnit qasırğası gözlənilir

15 aprel, 12:05

Folklor İnstitutunun strukturu təsdiqlənib, bəzi institutlarda yeni şöbələr yaradılıb

15 aprel, 11:45

BSU-da xarici ekspertlərlə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.