Bütün xəbərlər
26 may, 20:24

Naxçıvan Dövlət Universitetində “Süni intellekt: nəzəriyyədən praktikaya” adlı II beynəlxalq elmi konfrans keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Naxçıvan Dövlət Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin İstanbul Universiteti – Cərrahpaşa, Düzce Universiteti, Gümüşhane  Universiteti, Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransdan əvvəl universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin süni intellekt proqramı ilə hazırlanan yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış olub. Sərgidə moderator robot “Banu”, radiosiqnal ilə idarəolunan robot qol, müasir gömrük sistemi, CNC printer – lazer, hərbi sənaye üçün müdafiə sistemi, rəssam printer, ağıllı ev, ağıllı şəhər, NDU üçun prototip tramvay, ağıllı dayanacaq, ağıllı avtomobil dayanacaqları, ağıllı eynək, süni intellekt modeli– proqram, tullantı qablardan flament istehsal edən qurğu nümayiş olunub.  

Konfrans ilk robot moderator qadın "Banu"nun təqdimatında baş tutub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, süni intellekt ilə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin  də qarşısında mühüm vəzifələr dayanır.  Bu mənada konfrans tədqiqatçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla yanaşı, yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platformadır.  Bu sahədə tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasında iştirakçı tərəf olmaq uğurlu təşəbbüsdür. Elbrus İsayev qeyd edib ki, artıq universitetdə tədris olunan ixtisaslarda süni intellekt seçmə fənn olaraq şaxələndirilib. İki gün ərzində keçirilən bu əlamətdar tədbir də xüsusi mahiyyət kəsb edir. “Ötən il olduğu kimi,  bu il də ev sahibliyi etdiyimiz konfrans vasitəsi ilə müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, elmi yeniliklər geniş auditoriya ilə paylaşılacaq. Həmçinin gənc tədqiqatçıları elmi fəaliyyətə təşviq edərək, onların süni intellekt sahəsində daha da ixtisaslaşmasına şərait yaradacaq”, – deyə rektor bildirib. 

Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Azər Məmmədrəhimov  bildirib ki, Naxçıvan Dövlət Universiteti süni intellekt sahəsində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Universitet nazirlik ilə sıx əməkdaşlıq edir, tələbələrinə yeni təcrübələr qazandırır. Sərgi və konfrans da öz növbəsində süni intellektin yeni idarəetmə, yeni baxış modelini zəngin proqramı ilə ictimailəşdirir və maariflənmədə xüsusi rol oynayır.  

ARETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov müasir dövrdə insan həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafından bəhs edib, Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən söz açıb.  Akademik konfransı yüksək dəyərləndirib, süni intellekt texnologiyalarının daha da inkişaf etdirilməsinə, innovasiyaların tətbiqinə və elmi ictimaiyyətin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Eyni zamanda, proqramda  elmi etik prinsiplərə uyğun olaraq hazırlanan məqalə və tezislərin dəyərli mənbə kimi xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.  

Türkiyənin İstanbul Universiteti – Cərrahpaşanın rektoru, professor Nuri Aydın, Rusiyanın “Cənub” Universitetinin rektoru professor İmran Əkbərov, Gümüşhane Universitetinin rektoru, professor Oktay Yıldız məruzə ilə çıxış ediblər. Natiqlər konfransı  süni intellektin nəzəri və texniki aspektlərini əhatə edən elmi fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platforma adlandırıblar.  Universitetin intellektual yöndə təşəbbüskar layihələrə ev sahibliyi etməsini yüksək dəyərləndiriblər. 

Konfrans proqramı çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti – Cerrahpaşa, Gümüşhane Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu  arasında birgə təhsil və elmi-tədqiqat fəaliyyətlərində əməkdaşlıq istiqamətində ayrı-ayrılıqda əməkdaşlıq memorandumları imzalanıb. 

Açılış tədbirindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. 26-27 may tarixlərində iki gün davam edəcək bölmə iclaslarında Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 26 paneldə çıxışların olması nəzərdə tutulur. 59 təşkilatın 282 təqdidqatçısı tərəfindən 210 tədqiqat üzrə  məruzələr dinləniləcək. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. Vurğulayaq ki, konfransda Azərbaycanın 33 elm-təhsil müəssisəsinin nümayəndələri  iştirak edir.

1 /16

Şərhlər

Xəbər lenti

28 may, 16:37

Bilbacar müsabiqəsinin birinci mərhələsi başa çatdı

28 may, 09:25

BSU-da II karyera yarmarkası keçirilib

28 may, 09:18

28 May və maarifçilik: gələcəyin yolu keçmişdən keçir

28 may, 08:42

Azərbaycan Xalq Cümhuriyyətinin ən dəyərli mirası

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

27 may, 15:37

Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir

27 may, 15:31

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub

27 may, 15:27

BMU tələbələrinin ifasında “Qürur və qərəz” tamaşası nümayiş olunub

27 may, 15:08

BDU-da Karyera Festivalı keçirilib

27 may, 14:57

Məktəblilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar

27 may, 14:25

“Əxlaq qiymətləri” – Qəzetin arxivindən

27 may, 13:52

“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.