Bütün xəbərlər
7 fevral, 11:13

Fevralın 6-da elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, brifinqdə təqdimatla çıxış edən Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:

  • 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimləri sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 2026-cı ilin sonunadək bütün fənlər üzrə əlavə 40 min nəfər müəllim sertifikatlaşdırılacaq.
     
  • Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda sertifikatlaşdırma balı nəzərə alınacaq əsas şərtlərdən biri olacaq. Həmçinin ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda sertifikatlaşdırma balı və direktorun rəyi nəzərə alınacaq. 
     
  • Ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində “Rəqəmsal məktəb” platforması yaradılıb.  Platforma Bakı şəhərində 324 məktəbdə tətbiq olunur. 500 mindən çox şagirdi, 30 mindən çox işçi heyəti əhatə edir. Yeni platforma sayəsində tədris prosesində və idarəetmədə kağız daşıyıcılardan istifadə minimuma endiriləcək. 
     
  • “Rəqəmsal məktəb” platformasında şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola, valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər. Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər.
     
  • Növbəti tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində “Şagird davranış qaydaları”nın tətbiqi nəzərdə tutulur. Qaydalarda şagirdlərin fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı, onlara qarşı ayrı-seçkilik, həmçinin verbal, sosial-psixoloji və kiberqısnamanın (bullinq) qarşısının alınması kimi bir çox zəruri məsələlər ehtiva olunub.
     
  • Müasir metodiki xidmət modelinə uyğun olaraq, metodistlər 3 səviyyə üzrə fəaliyyət göstərəcək. Məktəb səviyyəli metodistlər metodist, region səviyyəli metodistlər aparıcı metodist, ölkə səviyyəli metodistlər baş metodist sayılacaq. Əsas hədəflər məktəb daxilində təhsilverənlərin davamlı peşəkar inkişaf mexanizminin qurulması, təhsilverənlər üçün peşəkar inkişaf xəttinin yaradılması və ölkədə metodik dəstəklə bağlı institusional sistemin qurulmasıdır.
     
  • 2026-cı ilin sonunadək ölkədə 1000 məktəbdə metodiki fəaliyyətin təşkili və hər bir regionda metodik dəstək qruplarının formalaşdırılması nəzərdə tutulur.
     
  • 2025-ci ildə 130-a qədər dövlət ümumi təhsil müəssisəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Rasionallaşdırma üçün əsas meyarlar əhalinin artım dinamikası, infrastruktur, coğrafi əlverişlilik, ən yaxın məktəbə qədər məsafə, siniflərin komplektləşdirilməsi, şagird və müəllim sayıdır. 
     
  • Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı 24 müəssisə üzrə 1 000-ə qədər uşağı əhatə edir. Bu müəssisələrdə təhsil haqqının bir hissəsi dövlət tərəfindən qarşılanır.
     
  • Xankəndidə yerləşən xəstəxananın bazasında Qarabağ Universitetinin tibb fakültəsinin qurulması nəzərdə tutulur. 
     
  • 2025-2026-cı tədris ilində Qarabağ Universitetində təxminən 1500 tələbə təhsil alacaq. Gələcəkdə Qarabağ Universitetində fakültələrin sayı təxminən 10-12 olacaq, təhsilin 3 səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə təhsil alan tələbə və tədqiqatçıların sayı isə 10 minə çatdırılacaq.
     

Təqdimatdan sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

1 /10

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.