Bütün xəbərlər
25 avqust, 11:07

Əmilər də ev tikib
Bir-birinin yanında,
Əlaçı olacağam
Məktəbdə yer tapanda.

Bir uşağın dilindən…

Son illərdə ölkənin iri şəhərlərində, xüsusilə paytaxt Bakıda və Abşeronda yeni yaşayış massivlərinin sayı sürətlə artır. Nəticədə, ailələr yeni ərazilərə köçsə də, övladlarını yaxınlıqda yerləşən təhsil müəssisələrinə yerləşdirməkdə çətinlik çəkirlər. Ən böyük problem isə Xırdalan, Masazır ərazilərində müşahidə olunur. Nəzərə alsaq ki, ölkənin şagird sayı ən çox olan məktəbi də Xırdalanda yerləşir, buradakı mövcud təhsil müəssisələri ildən-ilə artan tələbatı qarşılaya bilmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə, yaşayış sahələrinin planlaşdırılmasında sosial infrastruktur, o cümlədən təhsil obyektləri nəzərə alınmalıdır. Bu qaydaya əməl edilmədikdə uşaqlar təhsil müəssisəsinə çatmaq üçün ya daha uzun məsafələr qət etməli olurlar, ya da yaxınlıqdakı mövcud məktəblərin həddən artıq yüklənməsi təhsilin keyfiyyətinə təsir edir. Dünyada urbanizasiya səviyyəsi yüksək olan ölkələrdə bu problemlərə müxtəlif həll yolları tapılıb. Məsələn, Sinqapur və Honqkonqda torpaq məhdud olduğuna görə şaquli məktəblər tikilir, məktəblərin idman və mədəniyyət obyektləri cəmiyyət ilə birgə istifadə olunur. Bu yanaşmalar həm torpaq çatışmazlığını aradan qaldırır, həm də sosial həyatı canlandırır.

“Torpaq sahələrinin məhdudluğu təhsil müəssisələrinin inşasını çətinləşdirir”

Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, Bakı şəhərinin Baş planı təsdiq edildikdən sonra sosial obyektlərin, o cümlədən təhsil müəssisələrinin tikintisi üçün xüsusi yerlərin ayrılması artıq zəruri şərt kimi müəyyən edilib: “Əvvəlki illərdə bu prinsipə ciddi əməl olunmadığından yaşayış binaları bir-birinə yaxın tikilir, nəticədə məktəb və digər sosial infrastruktur üçün boş torpaq ərazisi qalmırdı. Xüsusən paytaxtın mərkəzi və mərkəzə yaxın zonalarında torpaq sahələrinin məhdudluğu təhsil müəssisələrinin inşasını çətinləşdirir. Halbuki orta məktəblərin yalnız bina deyil, həm də həyətyanı əraziyə ehtiyacı var. 

Torpağın məhdud olduğu ərazilərdə pilot layihələr həyata keçirilən zaman məktəblər üçün xüsusi yerlərin ayrılması məqsədəuyğundur. Çünki çoxmərtəbəli binaların inşası həmin ərazilərdə xeyli sayda vətəndaşların məskunlaşmasına gətirib çıxarır. Bu da təhsil müəssisələrinə daha çox tələb yaradır. Artıq yeni Baş plana əsaslanan şəhərsalma prosesi bu boşluqları aradan qaldıracaq”.

10 il sonra Bakıda təhsil xidmətlərinə tələb daha böyük olacaq

Deputat hesab edir ki, artıq məsələyə fərqli yanaşma formalaşır. Əvvəlki dövrlərdən fərqli olaraq, indi inşaatla bağlı qərarlar yalnız tikinti şirkətləri ilə razılaşma nəticəsində deyil, dövlətin müəyyənləşdirdiyi qaydalar çərçivəsində verilir. Onun sözlərinə görə, təsdiqlənmiş Baş plana uyğun olaraq inşaat layihələri qeydiyyata alınır və yalnız bundan sonra tikinti işlərinə icazə verilir.

V.Bayramov xüsusilə vurğulayır ki, Baş plan təkcə bu günü deyil, gələcək onillikləri də nəzərə alır: “2025-ci ildə Bakının hər hansı bir ərazisində təhsil xidmətlərinə olan tələblə 2030-2035-ci illərdəki tələb eyni olmayacaq. Məhz buna görə də plan həm qısamüddətli, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə təhsil infrastrukturunun genişləndirilməsini nəzərdə tutur”.

Onun fikrincə, bu yanaşma gələcəkdə təhsil müəssisələrinin yaşayış binaları ilə daha sıx inteqrasiyasına şərait yaradacaq və paytaxtın artan əhalisinin təhsil ehtiyaclarını qarşılamağa imkan verəcək.

“Paytaxtda təhsil infrastrukturu ilə bağlı problemlərin kökü 90-cı illərə gedib çıxır”

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirir ki, Bakı şəhərində təhsil infrastrukturu ilə bağlı yaranan problemlərin kökləri 90-cı illərə gedib çıxır. Sovetlər birliyi dağıldıqdan sonra bölgələrdə iş yerlərinin bağlanması əhalinin paytaxta kütləvi köç etməsinə səbəb olub. 

“Bu gün Bakıda 4 milyona yaxın insan yaşayır ki, bu da ciddi sıxlıq yaradaraq məktəb və bağçaların çatışmazlığını gündəmə gətirir: “Normativlərə görə, hər bir ümumtəhsil məktəbinin tikintisi üçün ən azı 1,5 hektar ərazi tələb olunur. Lakin paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində bu standartlar gözlənilmir. Nəticədə mövcud məktəblərdə böyük sıxlıqlar yaranır və bu da təbii olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir”, - deyə o vurğulayıb.

“Urbanizasiya bu sürətlə davam etsə, siniflərdə sıxlıq daha da artacaq”

E.Fərzəliyevin sözlərinə görə, yeni yaşayış massivləri salınarkən paralel şəkildə məktəblərin də inşası nəzərə alınmalıdır. Əks halda binalar tikildikdən sonra məktəb üçün torpaq sahəsi qalmır və dövlət torpaq almağa məcbur olur. Bu isə büdcəyə əlavə yük yaradır: “Məktəb binaları yaşayış evlərindən əvvəl planlaşdırılmadıqda, gələcəkdə torpaqlar vətəndaşlardan daha baha qiymətə alınmalı olur. Bu da həm vətəndaşlar, həm də dövlət üçün əlavə problemlər yaradır”.

Ekspert əlavə edib ki, urbanizasiya səviyyəsi bu templə davam etdikcə siniflərdə sıxlıq daha da çoxalacaq. Hazırda Bakının bəzi yerlərində söküntü işlərinin aparıldığını xatırladan əmlak eksperti hesab edir ki, dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin bir hissəsi məhz məktəb tikintisinə yönəldilməlidir. Əks halda, 2040-cı ilə qədər Bakı şəhərinin Baş planı hazırlanana kimi məktəb üçün boş torpaq sahəsi tapmaq çətinləşəcək.

Şərhlər

Xəbər lenti

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

25 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

25 avqust, 11:31

Bakıda minlərlə tələbəni bir araya gətirəcək ICPC nədir? – ARAŞDIRMA

25 avqust, 11:30

MDU-nun plan yeri 97 faiz dolub

25 avqust, 11:21

"Nə? Harada? Nə zaman?" oyununun Bakı kuboku keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.