Bütün xəbərlər
30 iyun, 11:52

İyunun 24-də keçirilən sertifikatlaşdırma imtahanında kimya fənni üzrə imtahan verən müəllimlər arasında yüksək bal toplayanlar az olmayıb.

“Azərbaycan müəllimi” uğur qazanan təhsilverənlərlə həmsöhbət olub.

53 bal toplayan Aynur Ərşadlı 4 ildir ki, Sumqayıt şəhəri M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın kimya müəllimidir. MİQ imtahanında 2020-ci ildə iştirak edərək 57 bal toplayıb. 

Aynur müəllimin sözlərinə görə, imtahana hazırlıq onun üçün çox çətin bir dövr olub: “Övladım autizimlidir və ona Kanner sindromu diaqnozu qoyulub. Buna baxmayaraq, boş vaxt tapan kimi oxumağa, testlər işləməyə çalışırdım. İstər-istəməz hər imtahanda həyəcan, stres olur. Bu həyəcana baxmayaraq, imtahanda özümü çalışdığım qədər suallara köklədim, qoyulan sualları anlamağa və həll etməyə çalışdım. Sualların çətinlik dərəcəsinə gəlincə, aralarında asan, orta çətin və çətin tipli olanlar var idi. Düşündürücü suallar çox idi. Amma hazırlaşmalı, yüksək bal toplamalı idim və özümü bu məqsədə kökləmişdim”. 

Aynur Ərşadlı sertifikatlaşdırmada az bal toplayan müəllimlərə tövsiyəsində deyir: “Bu, son deyil. Müəllimlər, ən birincisi, məqsədli olsunlar. Mən bir pedaqoq olaraq sertifikatlaşdırmanı müsbət qiymətləndirirəm. Bu proses bizə biliklərimizi dərinləşdirməyə və yeni metodlarla tanış olmağa imkan verir. Bacardığım qədər bütün suallara cavab verməyə çalışdım, amma 3 suala cavab verməyə vaxtım yetmədi. Sonda bir məqamı da qeyd etmək istəyirəm ki, bu yolda mənə dəstək olan ailəmə, məktəb rəhbərliyinə, müəllim yoldaşlarıma və əziz şagirdlərimə təşəkkürümü bildirirəm”. 

“Müəllim adı ən yüksək addır və onu hər zaman uca tutmaq lazımdır” 

Adilə İbrahimli Xaçmaz rayonu Ağtala kənd ümumi orta məktəbinin kimya müəllimi olaraq sertifikatlaşdırma imtahanında 52 bal toplayıb. 2021-ci ildən müəllim kimi fəaliyyət göstərir. Bildirir ki, imtahana özü hazırlaşıb: “Suallar real proqramı əhatə edirdi və yüksək səviyyədə təşkil olunmuşdu”.

O, az bal yığan müəllimlərə tövsiyə edir ki, öz üzərlərində daha çox çalışsınlar: “Çünki müəllim adı ən yüksək addır və onu hər zaman uca tutmaq lazımdır. Sertifikatlaşdırmanın əhəmiyyəti böyükdür, çünki müəllimlər öz üzərlərində məsuliyyət hiss edib daha çox çalışırlar. Sertifikatlaşdırma ən başlıca amildir ki, müəllim öz fənni üzərində daha çox çalışsın”, – Adilə müəllim qeyd edib.

Şərhlər

Xəbər lenti

25 avqust, 20:34

Peşə məktəblərinə vakansiya seçiminin müddəti uzadılıb

25 avqust, 17:39

Lənkəranda bir məktəbin 78 şagirdi tələbə oldu 

25 avqust, 17:38

“Ali məktəbə oğlumun təhriki ilə sənəd verdim” – 20 ildən sonra tələbə olan Qax sakini

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.