Bütün xəbərlər
27 dekabr, 11:32

Bu günlərdə hər kəs Hökümədən – qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin sərnişinlərini “Hər şey yaxşı olacaq!” sözləri ilə ümidləndirən stüardessadan danışır. Bəlkə də sağlığında çoxlarının görmədiyi və tanımadığı istedadlı bələdçinin geriyə qoyduğu bu sözlər bir şüar kimi yaddaşlarda qalıb. Hökümənin hekayəsi təkcə həyatsevərliyi ilə deyil, onun şəxsiyyət örnəyi ilə də yaddaşlarda dərin iz buraxıb.

“Azərbaycan müəllimi” Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə oxumuş Hökümə Əliyevanın müəllimi və sinif yoldaşları ilə söhbətləşib.

Məktəbin rus bölməsində rus dili və ədəbiyyat fənnini tədris edən Mehriban Qasımova cəmi bir il Höküməyə dərs desə də, onu çox yaxşı xatırlayır: “Hökümə ucaboylu, yaşılgözlü, yaraşıqlı qız idi. Onu ciddi qız kimi xatırlayıram. İmtahanlara çox yaxşı hazırlaşırdı. Cəmi 1 il ona dərs desəm də,  yaddaşımda gözəl iz qoyub. O, ən çox humanitar fənlər, xüsusilə tarixlə maraqlanırdı. Ən böyük arzusu hüquqşünas olmaq idi və bu arzusuna da çatdı. Məktəbimizin kollektivi bu kədərli xəbərdən çox sarsıldı”. 

“Həmişə istədiyi nəticəni əldə edirdi”

Hökümənin ölüm xəbəri onun sinif yoldaşlarını da dərindən sarsıdıb. Validə Əhmədova Hökümənin məktəbdəki yaxın rəfiqələrindən biri olub: “Hökümə 6-cı sinifdən bizimlə oxuyub. Yaxşı xatırlayıram: sinfimizə hündürboy, uzunsaç qız daxil oldu. Dedilər ki, adı Hökümədir, amma özü ona Lena deməyimizi istəyirdi. Hamı ilə yaxın idi, xüsusilə Şəlalə adlı qızla möhkəm dostlaşmışdı. Dərslərini çox yaxşı oxuyurdu”. Validə deyir ki, Hökümə həmişə hüquqşünas olub yüksək vəzifədə işləməyi arzulayırdı: “Hazırlığa da birlikdə gedirdik. Çox məqsədli və əzmli idi. Hər şeyin ən yaxşısını istəyirdi. O, həm də model olmağı arzulayırdı”.

Nigar İbrahimova da Höküməni qeyri-adi düşüncəyə malik bir qız kimi xatırlayr: “O, özünə qarşı çox tələbkar olması ilə fərqlənirdi. Həmişə daha böyük arzularla yaşayırdı. Əgər nəsə alınmırdısa, sakitləşmirdi, ta ki buna nail olana qədər çalışırdı, həmişə istədiyi nəticəni əldə edirdi”.

Hər gün Samuxdan Gəncəyə dərsə gəlirdi”

Elmir Bağırov 8-ci sinfə qədər birlikdə oxuduğu sinif yoldaşını sakit, həyatsevər, dərslərdə aktiv biri kimi xatırlayır: “Hökümə bizim sinfə sonradan gəlib. Onlar Samux rayonunun Alıuşağı kəndində qalırdılar. Zazalı kəndinin avtobusu ilə hər gün məktəbə gəlirdi. Uzun yol qət etməsinə baxmayaraq, dərsə vaxtında çatırdı. Məsuliyyətli olduğuna görə müəllimlər xətrini çox istəyirdi. Bir neçə il əvvəl  onunla yolda görüşdük, hal-əhval tutduq. Onda hələ indiki iş yerində işləmirdi. Universitet həyatından danışdı. Hiss olunurdu ki, “Hüquqşünaslıq” ixtisasını bitirməsi ilə fəxr edir”.  

“Dərslərdə zəif olanlara kömək etməyi özünə borc bilirdi”

Elmir Bağırov deyir ki, Hökümə dərslərdə zəif olanlara kömək etməyi özünə borc bilirdi, yaxşı qiymət almayan, əhvalı olmayan yoldaşlarına təsəlli verməyi sevirdi: “Mən “Hər şey yaxşı olacaq” cümləsini eşidəndə çox kövrəldim və o anlar yadıma düşdü. Pozitiv, hər kəslə yaxşı münasibətdə olmağa can atan sinif yoldaşım həyata necə başlamışdısa, sonda da həyatını elə bitirdi: hər kəsə təsəlli verərək həyatla vidalaşdı”.

Ricat Nəsibov xəbəri digər sinif yoldaşlarından alanda çox təsirlənib. Hökümə kimi pozitiv, həyatsevər birinin həyatda olmamasına hələ də inana bilmir: “Bizim sinfə 2005-2006-cı illərdə gəlib, 2 və ya 3-cü partada otururdu. Yadımdadır ki, çox yaxşı oxuyurdu. Zarafatcıl idi, gülməyi çox sevirdi”.

Hökümə Əliyeva həyatı boyu mübariz və pozitiv insan olub. Təyyarə qəzası anında belə o, sərnişinləri sakitləşdirərək onları ruhlandırıb. Hökümə mübarizliyi, zərifliyi və biliyi ilə həm təhsil aldığı məktəbdə, həm də işlədiyi sahədə örnək bir insan kimi yaddaşlarda qaldı. Allah rəhmət eləsin!

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.