
“Ümumi tələbə qəbulu yerlərinin təxminən 25%-ni texniki və texnoloji ixtisas qrupu üzrə ayrılan ixtisaslar təşkil edir”.
Bu sözləri “Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, hər il bu ixtisas qrupu üzrə tələbə qəbulu yerlərinin sayı artır. 20 minə yaxın tələbə növbəti ildə bu ixtisas qrupu üzrə təhsil alacaq.
“Bütün ölkələr üzrə göstəriciləri nəzərə alsaq, ali təhsilin bakalavriat səviyyəsində təxminən 153, magistratura səviyyəsində isə 129 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir”.
Nazir müavini bu il ilk dəfə olaraq ali təhsilin bakalavriat səviyyəsində “Data analitikası” ixtisası üzrə tələbə qəbulunun aparılacağını açıqlayıb. Onun sözlərinə görə, növbəti ildə təxminən 120 tələbə bu ixtisas üzrə təhsil alma imkanı əldə edəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər