Bütün xəbərlər
5 mart, 10:54

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən II Bakı İdman Festivalı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, festivalda elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin struktur bölmə rəhbərləri, Əməkdar məşqçi, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, Azərbaycan Cüdo, Qılıncoynatma, Stolüstü Tennis, Badminton federasiyalarının baş katibləri, idmançılar, məktəb direktorları, müəllimlər, uşaq-gənclər idman məktəblərinin dərnək üzvləri və rəhbərləri, şagirdlər və digər qonaqlar iştirak ediblər.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev idmanın inkişafı istiqamətində atılan addımlardan, ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdırılmasından, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının artmasından bəhs edib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən II Bakı İdman Festivalını yüksək qiymətləndirən nazir müşaviri Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan idman layihələrinə diqqət çəkib və bu kimi festivalların əhəmiyyətini vurğulayıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizdə idman siyasətinin təməlinin və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Nazir müavini müxtəlif idman növləri üzrə keçirilən yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən, ölkəmizin idman şərəfini layiqincə qoruyan şagirdlərin sayının və idmanın kütləviliyinin daha da artacağına əminliyini ifadə edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov ölkəmizin dünyanın güclü idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət və qayğıdan danışan F.Mansurov idmana marağın gücləndirilməsi məqsədilə məktəblilər arasında təşkil olunan belə festivalların faydalı olduğunu bildirib.

Qonaqlar idmanın müxtəlif növlərinə həsr olunmuş guşələrlə tanış olub, məktəblilərin çıxışlarını izləyiblər. Festival bədii-musiqili proqramla davam edib.

1 /17

Şərhlər

Xəbər lenti

15 sentyabr, 11:42

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər davam edir

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” – FOTOLAR

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.