Bütün xəbərlər
21 oktyabr, 16:30

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı – SAF 2024-ün astanasındayıq. Festivala qoşulan komandaların hər biri müraciət etdikləri kateqoriyalar üzrə yarışmada mübarizə aparacaq. 

“Azərbaycan müəllimi” Dağlıq Şirvan regionu üzrə komandaların gərgin mübarizəyə hazırlıq mərhələsindən hazırladığı reportajı oxucularımıza təqdim edir:   

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 4 komandası müxtəlif kateqoriyalar üzrə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında iştirak hüququ əldə edib.  

SAF 2024 festivalında iştirak hüququ qazanmış Şamaxı Avropa liseyinin “Zəfər Şamaxı” komandası festivala yüksək əhvali-ruhiyyə ilə hazırlaşır. Komandanın rəhbəri, liseyin müəllimi Aygün İsmayılova bildirir ki, Avropa liseyinin “Zəfər Şamaxı” komandası artıq 4 ildir ki SAF STEAM beynəlxalq yarışlarında iştirak edir. 2021-ci ildə SAF STEAM yarışlarında 3-cü, 2022-ci ildə 2-ci, 2023-cü ildə 3-cü yerə layiq görülüb. Komanda şagirdlərin dünyagörüşünü artırılması, yaradıcı təfəkkürünün inkişaf etdirilməsi məqsədilə bu il də yarışa “VEX IQ” kateqoriyası üzrə qoşularaq, uğurlu nəticə göstərib, beynəlxalq yarışın finalına vəsiqə qazanıb. Komandanın üzvləri Mədinə İsmayılzadə VIII, Fidan Alməmmədova VII, Ayla İsmayılzadə VI sinif şagirdidir.

İsmayıllı STEAM Mərkəzinin koordinatoru Şərafət Bayramov qeyd edir ki, SAF festivalı keçirildiyi ilk gündən bu günə qədər bütün festivallarda qalib olmuş İsmayıllı STEAM Mərkəzinin komandaları bu il də SAF 2024 festivalına yüksək əhvali-ruhiyyə ilə qoşulurlar və qalib olacaqlarına əminik. 

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin müəllimi, “STEAM STARS” komandasının mentoru Şəfəq Bayramlı qeyd edir: “STEAM STARS” komandası olaraq SAF 2021-də microbit (katapult), SAF 2022-də “Mechatronics” kateqoriyaları ilə iştirak edərək müxtəlif mükafatlar və “SAF” kuboku qazanmışıq. Şagirdlərim Əli İsgəndərov, Afaq İsmayılova, Məhəbbət Yusifli və Zəhra Bağıyeva ilə birlikdə bu il də Yaşıl SAF 2024-də “Vex Robotics” kateqoriyası üzrə “VEX V5” robotu hazırlayaraq iştirak hüququ qazanmışıq. İnanırıq ki, bu il də rayonumuzu layiqincə təmsil edərək, medalla geri dönəcəyik”.

“STEAM STARS” komandasının üzvü, İsmayıllı şəhər bir nömrəli tam orta məktəbin VIII sinif şagirdi Afaq İsmayılova “STEAM Azərbaycan” kimi böyük layihədən yararlana bildikləri üçün İsmayıllı rayon məktəblilərini daha şanslı hesab edir: “Dünyanın ən qabaqcıl layihələrindən olan STEAM-ın rayonumuzda icra olunması biz gənclər üçün böyük imkanların yaradılmasından xəbər verir. Biz layihə çərçivəsində təşkil olunan dərslərdə robototexnikanın dərinliklərini öyrənirik və bu sahədə beynəlxalq yarışlara, fevtivallara qoşulub uğur əldə edirik”. 

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin müəllimi, “LEGOTECH” komandasının mentoru Günel Mövlamova və onun şagirdləri festivala “Vex Robotics ECOCODİNG” kateqoriyası üzrə qoşulublar. Komandanın mentoru Günel Mövlamova festivaldakı iştirakçılıq və qalibiyyət təcrübələrini bölüşərək bildirir ki, İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli orta məktəbin “RoboTech” kamandası olaraq SAF-2023 festivalında “VEX İQ” kateqoriyasında iştirak edərək kubok qazanıblar. Bu il isə “LegoTech” komandası olaraq SAF 2024 festivalında “EcoCoding” kateqoriyasında İsmayıllı rayonunu uğurla təmsil edəcəklərini, festivaldan birinciliyi qazanaraq qayıdacaqlarını qeyd edib. Komandanın üzvləri Gülay Babazadə və Asim Əhmədli festivala yüksək səviyyədə hazırlaşdıqlarını diqqətə çatdırıblar. Onlar Yaşıl STEAM Azərbaycan Festivalının kubokunu qazanmaqda iddialıdırlar.

İsmayıllı STEAM Mərkəzinin mentor müəllimi Nilufər Bağırlı öz şagirdləri Nicat Həsənov və Səriyyə Həsənli ilə birlikdə “EcoLego” komandası olaraq Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına “EcoCoding” kateqoriyası üzrə müraciət edib, uğurlu nəticə göstərərək finalda iştirak hüququ qazanıblar.

""EcoCoding" kateqoriyası üzrə iştirakımız zamanı şagirdlərimiz bərpa olunan enerji mənbələrinə əsaslan 4 tapşırığı düzəltdikləri robot, yazdıqları kodlar vasitəsilə icra edəcəklər", - deyən Nilufər Bağırlı festivaldan qələbə ilə qayıtmaq əzmində olduqlarını bildirib. 

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.