Bütün xəbərlər
5 dekabr, 12:36

Azərbaycanın digər ali təhsil müəssisələrində olduğu kimi, Mingəçevir Dövlət Universitetində (MDU) də tələbələrin könüllülük fəaliyyətinin təşkilinə xüsusi önəm verilir. 

“Azərbaycan müəllimi” qəzeti 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə MDU-nun "Bir könüllü" proqramının koordinatoru Qorxmaz Rəhimli ilə söhbət edib.  

– Qorxmaz, ilk olaraq könüllülük fəaliyyətiniz haqqında məlumat verərdiniz. 

– Artıq bir ildir ki, MDU-da "Bir könüllü" proqramının koordinatoru kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində komandamızla birlikdə müxtəlif yönümlü çoxsaylı tədbirlər - maarifləndirici təlimlər, əyləncəli görüşlər, idman yarışları keçirmiş, sosial layihələr icra etmişik. 15 şəhid ailəsini ziyarət etmişik, futbol, voleybol, dama və şahmat yarışları üzrə 20 idman tədbiri təşkil etmişik. Şəhər daxilində 10 ekskursiyamız və bir xarici səfərimiz olub

– Tələbələrin könüllülük fəaliyyətlərinə marağı necədir?

– Son illərdə tələbələr arasında könüllülüyə olan marağın artdığını müşahidə edirik. Tələbələrimiz könüllülük fəaliyyətlərinə böyük həvəslə qoşulurlar. Onlar cəmiyyətə faydalı olmaq, yeni bacarıqlar əldə etmək və sosial məsuliyyətlərini yerinə yetirmək istəyirlər. Könüllülük onlara yalnız şəxsi inkişaf imkanı deyil, eyni zamanda, sosial çevrələrini genişləndirmək imkanı verir. 

– Könüllülük fəaliyyətləri universitetin ümumi fəaliyyətinə necə təsir edir?

– Könüllülük universitetimizdə dinamik və aktiv mühitin formalaşmasına böyük təsir göstərir. Tələbələr könüllülük vasitəsilə özlərində liderlik, komanda işi, ünsiyyət kimi vacib bacarıqları inkişaf etdirirlər. Bu, onların akademik uğurlarına və universitetimizin ümumi inkişafına müsbət təsir edir. Könüllülərimizin şəhərin sosial-mədəni həyatına da böyük təsir göstərir. Bu fəaliyyət gələcək nəslin daha məsuliyyətli, aktiv və cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına yardım edir.

– Beynəlxalq layihələrdə iştirak edirsiniz? 

– Biz Almaniya Əməkdaşlıq Təşkilatı, ABŞ-ın Azərbaycandakı səfirliyi və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən dörd uzunmüddətli layihəyə tərəfdaşlıq etmişik. Bu layihələr tələbələrimizin beynəlxalq təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına böyük töhfə verdi. Gənclərimiz xarici mütəxəssislərlə birgə işləyərək yeni perspektivlər əldə etdilər.

“100-dən çox gənclə birlikdə teatra getməyimiz böyük maraq yaratdı”

Mədəniyyət və idman sahəsində hansı fəaliyyətlər həyata keçirmisiniz?

– Mədəniyyət və idman fəaliyyətləri könüllülük proqramımızın ayrılmaz hissəsidir. Gənclərin teatrlara marağını artırmaq üçün mütəmadi olaraq tədbirlər təşkil edirik. Məsələn, bir dəfə 100-dən çox gənclə birlikdə teatra getdik. Bu, şəhərdə böyük maraq yaratdı – hər kəs soruşurdu, bu qədər gənc haraya gedir? İdman sahəsində isə futbol, voleybol, dama və şahmat kimi yarışlar təşkil edirik. Bu tədbirlər gənclərin sağlam həyat tərzini təşviq edir.

– Mingəçevirdəki digər təşkilatlarla əməkdaşlıq edirsiniz?

– Şəhərimizdəki dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edirik. Mingəçevir Gənclər Evi, Mingəçevir Dövlət Dram Teatrı, Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, həmçinin digər qurumlarla birgə layihələr həyata keçiririk. Bu əməkdaşlıqlar gənclər üçün yeni imkanlar yaradır və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırır.

Könüllülük fəaliyyətlərinin tələbələrin şəxsi inkişafına necə təsir göstərir?

– Deyə bilərik ki, böyük təsir göstərir. Onlar müxtəlif layihələrdə iştirak edərək təşkilatçılıq, liderlik, vaxtın idarəolunması, ünsiyyət və problem həlli kimi bacarıqları əldə edir və iinkişaf etdirirlər. Bu bacarıqlar onların gələcək karyeraları üçün çox faydalı olacaq. Eyni zamanda, könüllülük onlara empatiya, sosial məsuliyyət və komanda ruhu kimi dəyərləri aşılayır.

– Gələcək planlarınız nələrdir?

– Əsas məqsədimiz könüllülük hərəkatını getdikcə genişləndirmək və daha çox gənci bu fəaliyyətlərə cəlb etməkdir. Gələcəkdə beynəlxalq layihələrdə iştirakımızı artırmaq və tələbələrimizin dünya səviyyəsində təcrübə qazanmasını təmin etmək istəyirik. Bundan başqa, şəhərimizdə yeni sosial və mədəni layihələr həyata keçirməyi planlaşdırırıq.

– Sizin üçün könüllülük nə ifadə edir?

– Könüllülük biz tələbələr üçün cəmiyyətə xidmət etmək, gənclərin inkişafına töhfə vermək və pozitiv dəyişikliklərə səbəb olmaq deməkdir. Bu, həm də insanlara yardım etməyin və birlikdə nələrə nail ola biləcəyimizin bir göstəricisidir.

– Tələbələrə və gənclərə nə tövsiyə edərdiniz?

– Gənclərimizə demək istəyirik ki, aktiv olun, cəmiyyətin bir parçası olaraq faydalı işlər görün. Könüllülük fəaliyyətlərinə qoşulmaqla siz həm özünüzə, həm də ətrafınızdakılara böyük fayda verə bilərsiniz. Unutmayın ki, hər bir kiçik addım böyük dəyişikliklərə səbəb ola bilər. 

 

1 /10

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.