Bütün xəbərlər
18 mart, 13:13

Sumqayıt məktəbliləri Aişa İsrafilova və Ağalar Əliyev "BabyMind" adlı layihə ilə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində gümüş medala layiq görülüblər. Yeniyetmələr Milli Qəhrəman Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin XI  sinif şagirdləridir. Onların elmi rəhbəri məktəbin fizika müəllimi Mehriban Abbasovadır.

Layihə barədə “Azərbaycan müəllimi”nə danışan Aişa və Ağalar deyir ki, bu ideyanı ətraflarındakı valideyn və körpələrin qarşılaşdığı çətinlikləri müşahidə edərkən düşünüblər. Onlar bir gün bir ananın ağlayan körpəsini sakitləşdirməyə çalışdığını, lakin bunun səbəbini anlamadığını görüblər. Məhz həmin an körpələrin ağlama səbəblərini təhlil edən bir cihazın olmasının valideynlər üçün nə qədər faydalı ola biləcəyini anlayıblar.

Aişa İsrafilova bu barədə belə deyir : "Biz hazırladığımız texnologiyanın problemi həll etməkdə faydalı ola biləcəyini düşündük və bu sahəni araşdırmağa başladıq. Beləliklə, 8 ay ərzində layihəmizi inkişaf etdirdik və müsabiqəyə təqdim etdik. Analar bu cihazı kompüterə taxaraq uşaqın yanına qoyur və nəticədə uşaqın səsi mikrofona daxil olur və cihaz onun səsini analiz edib valideynə ekranda uşağın ağlama səbəbini, probleminin nə olduğunu müəyyənləşdirməyə kömək edir”.

Ağalar Əliyev layihəni gələcəkdə daha geniş istifadəyə verilməsini nəzərdə tutduqlarını deyir: "Biz bu layihənin təkcə Azərbaycanda deyil, bütün dünyada valideynlərə yardım edəcəyini düşünürük. Ona görə “Sabahın alimləri” müsabiqəsinə qatılmağa qərar verdik və gələcəkdə layihəni daha da təkmilləşdirəcəyik”.

İlk dəfə bu müsabiqədə iştirak edən Aişa və Ağalar nəticələr elan olunarkən həyəcan içində olduqlarını söyləyirlər. Layihələri ikinci yerə layiq görülərək gümüş medal qazandıqda isə həyəcanları qürur və sevinc hissinə çevrilib. Aişa yaşadıqları həmin xoş anlardan söz açır: “Əldə etdiyimiz uğur uzun müddət davam edən əmək və səylərimizin mükafatı oldu. Məktəbimizin Milli Qəhrəman Polad Həşimovun adını daşıması bizə əlavə məsuliyyət hiss etdirirdi və bu nailiyyət bizim üçün böyük motivasiya oldu”.

Şərhlər

Xəbər lenti

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

2 may, 15:05

I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişib

2 may, 14:56

Gəncədə “Karyera festivalı” keçiriləcək

2 may, 14:54

İxtisas qrupları və ixtisaslarda dəyişiklik edilib – QƏRAR

2 may, 14:34

“İdman məndə əzmkarlıq formalaşdırıb” – Cüdoçu Nərgiz

2 may, 14:09

Naxçıvanda kitab sərgisi keçiriləcək

2 may, 13:40

NDU-nun tabeliyinə verilən institutlar: Gözləntilər

2 may, 12:50

Sabahın hava proqnozu açıqlanıb

2 may, 12:39

ADA Universitetində 13-cü Karyera Sərgisi keçirilib

2 may, 12:15

Yaradıcı düşüncə, yoxsa düzgün cavab?

2 may, 12:09

“BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsinə start verilib

2 may, 12:03

Azərbaycanda universitet bir sıra vəzifələrə işçi axtarır – SİYAHI

2 may, 11:57

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

2 may, 11:50

Müəllimlərə güzəştli təhsil kartlarının veriləcəyi vaxt BƏLLİ OLDU

2 may, 11:39

BMU-İNHA İDP tələbələri “EduHack 2025” hakatonunda qalib olublar

2 may, 11:38

I sinfə qəbul üzrə avtomatik təyin edilmiş məktəb və müəllim seçimini ləğv etmək olar

2 may, 11:26

RFO-nun Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib

2 may, 11:14

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

2 may, 11:00

Gələcəyin ulduzları – Festival qalibləri ilə söhbət

2 may, 10:55

Təhsilverənlərin peşəkar inkişafına dəstək təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.