Bütün xəbərlər
21 yanvar, 20:20

Yanvarın 21-də Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən ictimai nəzarət qrupu - İctimai Şura tam yenilənmiş tərkiblə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədilə imtahanların gedişini canlı izləyib.  

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, İctimai Şuranın sədri, Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyanın direktoru, respublikanın Əməkdar müəllimi Mənsur Ağayev və şura üzvləri – Azərbaycan Respublikasının Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyev, Lənkəran şəhər S.Kazımbəyov adına texniki-riyaziyyat təmayüllü liseyin direktoru, respublikanın Əməkdar müəllimi, fizika-riyazıyyat elmləri namizədi Akif Xalıqov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov universitetin tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti və Operativ Qərargahın işi ilə yaxından tanış olublar.

İmtahan tarixləri və saatlarının sessiyanın gedişi ərəfəsində tələbələrin özləri tərəfindən təyin olunması, tələbələrə imtahanın vaxtı, keçiriləcəyi otağın nömrəsi və s. barədə bir gün öncədən sms-lərin göndərilməsi İctimai Şuranın üzvlərinin diqqətini xüsusilə cəlb edib.

Lənkəran Dövlət Universitetində gördüklərindən razı qalan şura üzvləri tələbələrə uğurlar arzu edərək imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyi, tələbələrə lazımi şərait yaradıldığı üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1 /1

Xəbər lenti

21 yanvar, 21:18

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

21 yanvar, 18:03

İbtidai siniflərin tədris binasının ayrı olması daha yaxşı olardı - TƏKLİF

21 yanvar, 17:27

İmişlidə qəzada yaralanan məktəblinin vəziyyəti açıqlanıb 

21 yanvar, 17:01

Cəzaçəkmə müəssisələrindəki məktəblərdə 667 şagird təhsil alır - ÖZƏL

21 yanvar, 16:37

Çin ilk dəfə kosmosda oksigen əldə edib

21 yanvar, 16:33

İbtidai sinif şagirləri arasında hansı bullinq növlərinə rast gəlinir? - AÇIQLAMA

21 yanvar, 16:28

Bu məktəblərdə iki proqramlaşdırma dili öyrədilir – MÜSAHİBƏ

21 yanvar, 16:27

4SİM rəqəmsal bacarıq boşluğunu aradan qaldırır

21 yanvar, 16:12

NASA-nın “Hubble” teleskopu Andromeda qalaktikasının gizli tarixini araşdırır

21 yanvar, 15:47

Bullinq qurbanlarının çoxu oğlanlardır - MÜSAHİBƏ 

21 yanvar, 15:41

Yüksək proteinli ət insanların koqnitiv bacarıqlarını inkişaf etdirib - TƏDQİQAT

21 yanvar, 15:34

Quba-Xaçmaz bölgəsində fənn olimpiadalarında uğur qazanan şagirdlərin sayı artıb

21 yanvar, 15:32

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar

21 yanvar, 15:09

Mərhəmətə sığınanlar - REPORTAJ

21 yanvar, 14:37

Naxçıvanın “ASAN xidmət” mərkəzində ilk dəfə təhsil xidmətlərin göstərilməsinə başlanılıb

21 yanvar, 13:00

Şagirdlərin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi

21 yanvar, 12:22

AzMİU Kunayev Universiteti ilə birgə layihələr həyata keçirəcək

21 yanvar, 12:10

“Çıxın otaqdan, dərsimə mane olursunuz” – “Müəllimliyin insanlıq fəlsəfəsi”

21 yanvar, 12:07

UFAZ-da yaz semestrinin dərslərinə start verilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.