Bütün xəbərlər
21 yanvar, 14:37

Yanvarın 21-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 6 adda xidmətlərin göstərilməsinə başlanılıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Naxçıvan regional “ASAN xidmət” mərkəzinin direktoru Tural Əliyev Mərkəzdə Nazirlik üçün yaradılan bölmə ilə tanış olub, xidmət göstərəcək əməkdaşlara tövsiyə və tapşırıqlarını çatdırıblar. 

Qeyd edək ki, “ASAN xidmət” mərkəzində Nazirliyin əməkdaşları tərəfindən vətəndaşlara  məktəbəqədər təhsil müəssisələrinə və uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyat, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu,  Peşə Təhsili müəssisələrinə tələbə qəbulu, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidmətləri göstəriləcək.

Vətəndaşlar mərkəz vasitəsilə bu elektron müraciət xidmətlərindən yararlana biləcəklər. Bununla da elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq konsultativ dəstək ala biləcəklər. Mərkəzdə göstəriləcək təhsil xidmətlərinin hər biri Təhsil Nazirliyi tərəfindən elektron qaydada ödənişsiz həyata keçiriləcək.

Bildirilib ki, vətəndaşların müraciət imkanlarının operativ cavablandırılması, vətəndaş məmnunluğunun artırılması üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən gələcəkdə “ASAN xidmət” mərkəzində əlavə xidmətlərin də göstərilməsi planlaşdırılır. Belə ki, gələcəkdə mərkəzdə təhsil müəssisələrinə direktorların, müəllimlərin,  yardımçı tədris heyyətinin və digər vəzifələrin işə qəbulu zamanı sənəd qəbulu və təhsilverənlərin sertifikatlaşdırılmasının qeydiyyatı prosesi xidmətlərinin də göstərilməsi nəzərdə tutulur.

1 /5

Xəbər lenti

21 yanvar, 17:27

İmişlidə qəzada yaralanan məktəblinin vəziyyəti açıqlanıb 

21 yanvar, 17:01

Cəzaçəkmə müəssisələrindəki məktəblərdə 667 şagird təhsil alır - ÖZƏL

21 yanvar, 16:37

Çin ilk dəfə kosmosda oksigen əldə edib

21 yanvar, 16:33

İbtidai sinif şagirləri arasında hansı bullinq növlərinə rast gəlinir? - AÇIQLAMA

21 yanvar, 16:28

Bu məktəblərdə iki proqramlaşdırma dili öyrədilir – MÜSAHİBƏ

21 yanvar, 16:27

4SİM rəqəmsal bacarıq boşluğunu aradan qaldırır

21 yanvar, 16:12

NASA-nın “Hubble” teleskopu Andromeda qalaktikasının gizli tarixini araşdırır

21 yanvar, 15:47

Bullinq qurbanlarının çoxu oğlanlardır - MÜSAHİBƏ 

21 yanvar, 15:41

Yüksək proteinli ət insanların koqnitiv bacarıqlarını inkişaf etdirib - TƏDQİQAT

21 yanvar, 15:34

Quba-Xaçmaz bölgəsində fənn olimpiadalarında uğur qazanan şagirdlərin sayı artıb

21 yanvar, 15:32

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar

21 yanvar, 15:09

Mərhəmətə sığınanlar - REPORTAJ

21 yanvar, 13:00

Şagirdlərin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi

21 yanvar, 12:22

AzMİU Kunayev Universiteti ilə birgə layihələr həyata keçirəcək

21 yanvar, 12:10

“Çıxın otaqdan, dərsimə mane olursunuz” – “Müəllimliyin insanlıq fəlsəfəsi”

21 yanvar, 12:07

UFAZ-da yaz semestrinin dərslərinə start verilib

21 yanvar, 11:41

Hansı Avropa ölkələri məktəblərdə mobil telefonları qadağan edib?

21 yanvar, 11:40

Uşaq birliyi təşkilatı rəhbəri nələri bilməlidir?

21 yanvar, 11:17

“Olimpiadaya hazırlaşmağa kömək etdiyim 2 şagird bürünc və gümüş medal alıb”

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.