Bütün xəbərlər
21 yanvar, 11:17

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 945 şagirdi Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Onların 9-u olimpiadanın rayon (şəhər) turunda 100 faiz nəticə göstərib. 

“Azərbaycan müəllimi” həmin şagirdlərin bir neçəsi ilə həmsöhbət olub.

“Səhvlər həmişə olur, əsas onların öhdəsindən necə gəldiyimizdir”

Olimpiadada informatika fənnindən region üzrə maksimum nəticə göstərən məktəblidən biri 11-ci sinif şagirdidir. Əliyyiəkbər Şirinli B.Əliyev adına Lənkəran rayon Xolmili kənd tam orta məktəbində təhsil alır. 

Onun sözlərinə görə, bu, fənn olimpiadasında üçüncü cəhdinin nəticəsidir: “Keçən ildən olimpiadalara ciddi hazırlaşmağa başlamışam. Daha əvvəl müxtəlif yarışların qalibi, 2024-cü ildə Asiya Pasifik İnformatika Olimpiadasının iştirakçısı olmuşam. Olimpiadalara hazırlaşmazdan əvvəl müəyyən proqramlaşdırma dilləri ilə oyunlar yaradırdım. 9 illik təhsilimi aldığım Ə.Nəsirov adına Lənkəran rayonu Tütəpeştə kənd ümumi orta məktəbinin direktoru Rövşən Əliyev mənə olimpiadalar barədə məlumat verdi. Məni qeydiyyatdan keçirsə də, iştirak etməyə çox həvəsli deyildim. Həmin zaman - 2023-2024-cü tədris ilində yarımfinalda kəsildikdə özümə söz verdim ki, qalib olacağam. İnformatika üzrə olimpiadada qalib gəlmək üçün həm də güclü riyaziyyat bilikləri tələb olunur, buna görə müəllimim Minayə Rəhmanovaya borcluyam. Olimpiadalara hazırlaşarkən ailəm mənə çox dəstək oldu, amma ən böyük dəstəyi bacım verirdi. Yadımdadır, onlayn yarışlarda sualları həll edə bilməyəndə mənə motivasiya verirdi və qoymurdu ki, ruhdan düşüm. Əlavə olaraq, boş zamanlarımda data struktur və alqoritmlər üzrə müəllimlik etməyi çox xoşlayıram. İnformatika üzrə olimpiadaya hazırlaşmağa kömək etdiyim 2 şagirddən biri bürünc, digəri gümüş medal alıb. Fikrimcə, riyaziyyatı daha yaxşı oxumalıyam, bu, mənə gələcəkdə çox lazım olacaq. Öz yaşıdlarıma da tövsiyə edərdim ki, istənilən işdə dürüst olsunlar. Səhvlər həmişə olur, əsas onların öhdəsindən necə gəldiyimizdir”.

“Məktəbdə aldığım təhsil uğurlu nəticələr üçün möhkəm təməl yaradıb”

İnformatika üzrə 100 faiz nəticə göstərənlərdən biri Lənkəran rayonu Şürük kənd tam orta məktəbinin X sinif şagirdi Vüqar Əliyevdir:

“Respublika fənn olimpiadasında bu il ilk dəfə iştirak edirəm. Məktəbdə aldığım təhsil olimpiadada uğurlu nəticə göstərməyim üçün möhkəm təməl yaradıb. Nailiyyətlərimə görə, ilk növbədə, məktəbimizin direktoruna və dəyərli müəllimlərimə təşəkkür edirəm. Onların dəstəyi mənə həmişə güc verib. İnformasiya texnologiyaları sahəsinə böyük maraq göstərirəm. Valideynlərim və müəllimlərim hər zaman mənə inanır və dəstək olurlar. Çalışacağam ki, onların ümidlərini doğruldum”.

“Yaşıdlarıma mükəmməl biliyə sahib olmağı tövsiyə edərdim”

İnformatika üzrə maksimum nəticə göstərən növbəti müsahibimiz Lənkəran rayonu Ə.R.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbinin VIII sinif şagirdi Yusif Əlizadədir: 

“Bu, mənim ilk cəhdim idi və uğurlu oldu. İndiyə kimi olimpiadada iştirak etməmişəm, amma hər zaman iştirak edən məktəbli yoldaşlarımdan onunla bağlı məlumatlar alır, suallar barədə müzakirələr aparırdıq. Oxuduğum məktəbdə şagirdlərin sınaq imtahanlarında, olimpiadalarda yüksək nəticələr əldə etməsində müəllimlərimizin rolu böyükdür. Üzərimdə valideynlərimlə yanaşı, müəllimlərimin də zəhməti çoxdur. Məktəbimizin informatika və ingilis dili müəllimlərimin əməyi çoxdur. Olimpiadada iştirak etməyimin və bu sahəyə marağımın əsas səbəbkarları məktəbimizin məzunları Əli Qurbanzadə və Əliyyiəkbəri Şirinlidir. Yaşıdlarıma yalnız oxumağı və mükəmməl biliyə sahib olmağı tövsiyə edərdim”.  

Şərhlər

Xəbər lenti

1 iyun, 12:57

Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı  keçirilir

1 iyun, 12:47

Uşaq olmaq necədir? – Onların məsum düşüncələri 

1 iyun, 11:27

“Atam məni görür” -  Atalarının izlərini Şuşada axtaranlar - REPORTAJ

1 iyun, 10:39

Məktəblilər səhnədə: Problemlərini sakit, “dərd”lərini gülərək həll edirlər - REPORTAJ

1 iyun, 10:11

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.