LDU-nun pedaqoji heyəti üçün ixtisasartırma təlimləri keçirilib

3 İyul, 2026 - 14:38
LDU-nun pedaqoji heyəti üçün ixtisasartırma təlimləri keçirilib

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin müəllimlərinə 36 saatlıq “Təhsildə müasir yanaşmalar” və 30 saatlıq “Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixologiyası, psixodiaqnostikası və psixokorreksiyası” mövzularında onlayn təlimlər keçirilib.

Bu barədə "Azərbaycan müəllimi"nə ARTİ-dən məlumat verilib.

Bildirilib ki, ixtisasartırma təlimləri iştirakçılarda dərsə qoyulan müasir tələblər, məktəbdaxili qiymətləndirmə, diferensial təlimin təşkili, müasir pedaqoji nəzəriyyələrin tədris prosesində tətbiqi, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların psixofizioloji xüsusiyyətləri, inklüziv təhsil, pedaqoji psixodiaqnostika, sosial-emosional dəstək, psixokorreksiyanın əsas metodları, davranış pozuntuları olan uşaqların psixoloji xüsusiyyətləri və onların müəyyənləşdirilməsi istiqamətlərində yeni bilik və səriştələrin formalaşdırılması məqsədi ilə təşkil edilib.

Təlimlər çərçivəsində müdavimlərdə psixodiaqnostik bacarıqların inkişaf etdirilməsi, həmçinin effektiv psixokorreksiya strategiyalarının tədris prosesində tətbiqi məqsədilə praktiki məşğələlər təşkil edilib, real situasiyalar əsasında təhlillər aparılıb.

LDU-nun pedaqoji heyəti üçün ixtisasartırma təlimləri keçirilib