Lənkəran karateçiləri növbəti uğura imza atlblar
18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tam kontakt Şinkyoukuşin karate üslubu üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq Bakı birinciliyi keçirilib.
"Azərbaycan müəllimi"nə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən verilən məlumata görə, yarışda “Lənkəran” idman klubunun karateçiləri uğurla çıxış edərək 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
İdmançılardan Nurlan Sultanov (50 kq), Əbəlfəzl Qənbərli (45 kq) qızıl medal, Bətül Əhədzadə (55 kq), Ümrə Əhədzadə (20 kq), Riyad Qasımov (45 kq) gümüş medal, Hüseyn Əliyev (30 kq), Sübhan Sultanov (25 kq), Nihad Kazımov (50+ kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, idmançıların məşqçi-müəllimləri Şakir və Vəliəhəd Vəliyevlərdir.




