Kənd məktəbinin 32 məzunu tələbə adını qazandı
Lənkəran rayonu Boladi kəndi Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 32 məzunu müxtəlif ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, qəbul olunanlardan 31 nəfəri məktəbin 2025/2026-cı tədris ilinin məzunlarıdır. Bir nəfər əvvəlki tədris ilinin məzunudur.
Məzunlar Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Avrasiya Universiteti, Qərbi Kaspi Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olublar.
Onlar təhsillərini informasiya təhlükəsizliyi, iqtisadiyyat, kompüter mühəndisliyi, filologiya, dəniz naviqasiyası mühəndisliyi, sosial iş, sosiologiya, dizayn, sənaye mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, turizm bələdçiliyi, maliyyə, alman dili, informasiya texnologiyaları, aqronomluq, biznesin idarə edilməsi, mühasibat, aqromühəndislik, data analitikası, statistika, meliorasiya mühəndisliyi və xüsusi pedaqogika kimi ixtisaslar üzrə davam etdirəcəklər.
Qeyd edək ki, məktəbin builki məzunları arasında ən yüksək nəticə 631 bal olub.




