Uşaq birliyi təşkilatı rəhbəri (UBTR) uşaqların hərtərəfli inkişafını və rifahını təmin etmək üçün mühüm rola malikdir. Bu vəzifəni yerinə yetirən şəxsin fəaliyyət istiqamətləri, bilikləri və bacarıqları, həmçinin qanunvericiliyə uyğun olaraq öhdəlikləri müəyyənləşdirilməlidir.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli qərarında UBTR-lərin əmək funksiyası aşağıdakı kimi müəyyən olunmuşdur:
- İş fəaliyyətini uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun həyata keçirir;
- İşini uşaq təşkilatının, özünüidarə orqanlarının, uşaq və yeniyetmələrin özfəaliyyəti və təşəbbüskarlığı, əməkdaşlığı, pedaqoji və humanist prinsiplərindən çıxış edərək qurur;
- Təşəbbüslərə yaradıcı yanaşır, uşaqların qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaradır;
- Uşaq birliklərinin fəaliyyətinin məzmun və formasını, uşaqların yaş xüsusiyyətlərini, həyatın tələblərini nəzərə almaqla yeniləşdirir və dəyişdirir;
- Uşaq və yeniyetmələrin istedad, bacarıq və imkanlarını üzə çıxarmaq üçün şərait yaradır, onların asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin edir;
- Ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır;
- Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə edir;
- Uşaq təşkilatının maddi-texniki bazasını qoruyur və inkişaf etdirir;
- Dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əlaqədə işləyir.
UBTR-lər nələri bilməlidir?
- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
- Tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyasını, pedaqoji etikanı, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, uşaq kollektivlərinin psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini;
- Uşaq birliyi təşkilatının rəhbərinin vəzifələrini və qarşısında duran tələbləri;
- İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Beləliklə, Uşaq birliyi təşkilatı rəhbəri uşaqların inkişafına və rifahına töhfə vermək üçün geniş biliklərə və müxtəlif bacarıqlara malik olmalıdır. Bu vəzifə yalnız pedaqoji təcrübə və idarəçilik bacarıqları deyil, həm də humanist prinsiplərə sadiqlik və uşaqlara qarşı qayğıkeş münasibət tələb edir. UBTR-lərin müasir yanaşmalardan istifadə etməsi və uşaqların potensialını üzə çıxarmağa şərait yaratması məktəbin uğurlu fəaliyyətinin əsasını təşkil edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)