Qazaxıstanın Kunayev Universitetinin rektoru dosent Jazira Omiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) rəsmi səfər edib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, səfər iki ölkənin ali təhsil ocaqları arasında akademik və elmi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində qonaqlar AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüş keçiriblər. Görüşdə hər iki universitetin nümayəndə heyəti iştirak edib.
Görüş zamanı tərəflər arasında bir sıra strateji məsələlər müzakirə olunub. Bu müzakirələr çərçivəsində hər iki universitetin təhsil və elmi-tədqiqat sahələrində inkişaf perspektivləri, təhsil proqramlarının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi yolları nəzərdən keçirilib. Əməkdaşlıq formatlarının genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar dəyərləndirilib. Müştərək elmi-tədqiqat layihələrinin təşkili və innovativ yanaşmaların paylaşılması məsələləri də xüsusi diqqət mərkəzində olub.
Rektorlar görüş zamanı qlobal təhsil trendlərinə uyğun olaraq rəqəmsal transformasiya, davamlı inkişaf prinsiplərinin təhsildə tətbiqi və elmi-tədqiqatların real sektorda istifadəsi məsələlərinə də xüsusi diqqət çəkiblər.
Görüşün sonunda AzMİU ilə Kunayev Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumda müəllim və tələbələrin qısa və uzunmüddətli mübadiləsi, birgə beynəlxalq elmi konfrans və simpoziumların təşkili, idarəetmə və tədris proseslərində innovativ metodların tətbiqi və təcrübə mübadiləsi, birgə elmi və metodik nəşrlərin hazırlanması, magistratura, bakalavriat və MBA proqramlarının birgə həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulur.
Bu memorandum Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində mövcud olan əməkdaşlığın genişləndirilməsi üçün mühüm addım hesab edilir.
Tərəflər hər iki universitetin tələbə və professor-müəllim heyətinin peşəkar inkişafına töhfə vermək məqsədilə ortaq layihələrin reallaşdırılmasına sadiqliklərini ifadə ediblər.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)