Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Keniyanın Nayrobi şəhərində bu ölkənin ən qədim təhsil ocaqlarından olan Nayrobi tam orta məktəbinə baş çəkib.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, məktəbdə Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışı olub.
Sonra Leyla Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə gəlib. Mərkəzin yeni doğulan uşaqlar üçün bölməsi ilə tanışlıq olub. Heydər Əliyev Fondu tərəfindən Tibb Mərkəzinə küvəzlər, eləcə də analara Yeni il münasibətilə hədiyyələr təqdim edilib.
1 /17
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)