Bütün xəbərlər
25 dekabr, 10:28

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.

“Azərbaycan müəllimi” DİM-ə istinadən xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində  yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər 2024-cü il 25 dekabr saat 10:00-dan 2025-ci il 6 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır.

“İmtahana buraxılış vərəqəsi” imtahandan 4-5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək.

Məlumat üçün qeyd edək ki, sınaq imtahanında cari imtahan modelinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə esse tipli yazı tapşırıqlarından istifadə olunacaq.

İmtahanda bu il olduğu kimi, bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdim olunacaq.

Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdim ediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse) yazacaqlar.

Ümumi imtahan müddəti 3 saat 30 dəqiqədir. Test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir.

Qeyd: Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2025-ci il fevral ayında keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

14 may, 18:30

ADNSU-da mühəndislik üzrə təhsil alan tələbələr üçün təlim keçiriləcək

14 may, 18:02

Abşeronun iki məktəbində mülki müdafiə məşqləri keçirilib

14 may, 17:50

Monitorinqdə VI sinif şagirdlərinin bilikləri bu mövzular üzrə qiymətləndiriləcək

14 may, 17:47

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU

14 may, 17:35

ARTİ doktoranturaya qəbul elan edir

14 may, 17:25

ADNSU-nun startapı beynəlxalq sərgidə maraqla qarşılanıb

14 may, 16:42

Fuad Nəcəfli: Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

14 may, 16:34

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

14 may, 15:28

Monitorinqlərlə bağlı tez-tez verilən SUALLARA CAVAB

14 may, 15:21

Azərbaycan nümayəndə heyəti PISA-nın iclasında iştirak edib

14 may, 15:00

Təqdimat bacarığı: Şagirdlər Heydər Əliyevi necə təqdim etdilər?

14 may, 14:53

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

14 may, 14:25

Sabaha olan hava proqnozu açıqlanıb 

14 may, 13:31

“Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.