Bütün xəbərlər
30 sentyabr, 15:56

Təhsilin keyfiyyəti təkcə dərs proqramlarına deyil, həm də məktəb mühitinə, müəllim-şagird münasibətlərinə, resursların təminatına və məktəbdaxili nizam-intizamla bağlıdır. 2018-ci ildə keçirilən beynəlxalq şagird qiymətləndirilməsi proqram – PISA (Program for International Student Assessment) tədqiqatının nəticələri məktəb mühitinin şagirdlərin akademik nailiyyətlərinə olan təsirini aydın şəkildə şərh etməyə imkan verir. Qeyd edək ki, bu tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən beynəlxalq arenada ölkələrin təhsil göstəricilərini müqayisəli şəkildə təhlil etmək üçün istifadə olunur. Bu kimi tədqiqatlardan çıxan nəticələrin təhlili sayəsində ölkələrin mövcud təhsil sisteminin güclü və zəif tərəfləri, təhsil siyasəti, kurikulumlar, müəllimlərin peşəkar inkişafı kimi məsələlərin yenidən nəzərdən keçirilməsi mümkündür. 
 

PISA 2018 tədqiqatının nəticələrinə əsasən, məktəb mühitində şagirdlərin uğuruna bir çox faktorlar təsir edir. Bunlar sosial-iqtisadi vəziyyət, məktəbin maddi-texniki bazası, müəllim başına düşən şagird sayı, müəllimlərin motivasiyası və sinif iqlimidir. Məktəb mühitinin bu elementləri şagirdlərin tədrisdəki uğurlarına bilavasitə təsir göstərir.
 

Məktəb mühiti və akademik uğur
 

Tədqiqatda qeyd olunur ki, məktəbin tədris resursları, müəllimlərin şagirdlərə verdiyi dəstək və nizam-intizam kimi amillər şagirdlərin akademik uğurlarında əsas rol oynayır. Belə ki, PISA 2018 nəticələrinə görə, Bakıda öz müəllimini daha həvəsli hesab edən şagirdlər oxu bacarıqlarında daha yüksək nəticələr göstəriblər. Bu onu deməyə əsas verir ki, müəllimin şagirdlərə göstərdiyi maraq və dəstək şagirdlərin təhsil nəticələrini yaxşılaşdırmaqda mühüm rol oynayır.
 

Bundan əlavə, məktəbdə nizam-intizam qaydaları da tədris keyfiyyətinə təsir edən mühüm amillərdən biridir. Çünki məktəbdaxili qaydalar məktəbdəki şagirdlərin əməkdaşlıq və rəqabət mühitini formalaşdırır. PISA-nın nəticələri göstərir ki, əməkdaşlıq şəraiti olan məktəblərdə oxu nəticələri rəqabət mühiti ilə müqayisədə daha yüksəkdir. OECD (İƏİT) ölkələri üzrə şagirdlərin təxminən 62%-i məktəbdə əməkdaşlıq etdiklərini, 50%-i isə rəqabət apardıqlarını bildirib.
 

Bullinqin təsiri
 

Məktəb mühitindəki digər mühüm amillərdən biri də şagirdlər arasında bullinqdir. PISA tədqiqatları göstərir ki, bullinqə məruz qalan şagirdlər akademik nəticələrdə digər şagirdlərdən geri qalırlar. Azərbaycanda şagirdlərin 36%-i ayda ən azı bir neçə dəfə bullinqə məruz qaldığını bildirib ki, bu da OECD ortalamasından yüksəkdir. Bu da, öz növbəsində, məktəb mühitində nizam-intizamı pozur və şagirdlərin məktəbə aidlik hissini zəiflədir.
 

Məktəbə aidlik hissi
 

PISA tədqiqatının digər bir vacib aspekti şagirdlərin məktəbə aidlik hissidir. Şagirdlərin məktəbə aidlik hissi yüksək olduqda onların akademik nailiyyətləri də artmaqdadır. Məktəbə aidlik hissi olmayan şagirdlər isə özlərini sosial mühitdən uzaq hiss edir və bu, onların təhsil uğurlarına mənfi təsir edir. OECD ölkələrində aparılan tədqiqatlar göstərir ki, daha çox məktəbə aidlik hiss edən şagirdlər oxu bacarıqlarında 5 bala qədər digər yaşıdlarından yüksən PISA nəticələri əldə edirlər.
 

Beləliklə, məktəb mühiti şagirdlərin akademik nailiyyətlərinə birbaşa və dolayı yolla təsir edən əsas faktorlardan biridir. Müəllimlərin motivasiyası, şagirdlər arasında əməkdaşlıq, bullinq və məktəb resursları kimi amillər şagirdlərin tədris göstəricilərini müəyyən edir. Bakıda aparılan PISA tədqiqatları da göstərir ki, bu faktorların nəzərə alınaraq təkmilləşdirmələr aparılması ilə şagirdlərin akademik nailiyyətlərində mühüm irəliləyişlər əldə edilə bilər. Bunun üçün də təhsil siyasətlərində bu nəticələrin nəzərə alınması və məktəb mühitinin təkmilləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi vacibdir.

 

Bu da onu göstərir ki, təhsilin keyfiyyətini artırmaq üçün yalnız kurikulum dəyişikliyi yetərli deyil, məktəb mühiti də xüsusi diqqət tələb edir.

 

Vaqif FƏTULLAYEV
 

Mənbə: Həsənzadə R., Fətullayev V. (2023). PISA 2018 nəticələrinə əsasən məktəb mühitinin şagirdlərin akademik nailiyyətlərinə təsirinin tədqiqi. Azərbaycan məktəbi. № 4 (705), səh. 37–46

Şərhlər

Xəbər lenti

11 sentyabr, 18:27

Sertifikasiyanın müsahibə vaxtları bəlli oldu

11 sentyabr, 17:10

Uşaqlar nə istəyir?

11 sentyabr, 16:52

ADNSU-da “İnnovasiyalar Mərkəzi” MMC nümayəndələri ilə görüş keçirilib

11 sentyabr, 16:47

Müəllimlərin qarşılıqlı yerdəyişmə prosesinin nəticələri gələn həftə açıqlanacaq

11 sentyabr, 16:31

ARTİ-də doktorantura üzrə ixtisas imtahanı keçirilib

11 sentyabr, 16:29

Ali təhsil müəssisələrinin akkreditasiyası üzrə yeni qiymətləndirmə meyarları müzakirə olunub

11 sentyabr, 16:20

ADNSU “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir

11 sentyabr, 16:10

Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mövzuları təqdim edilib

11 sentyabr, 16:06

Emin Əmrullayev: Kənd təsərrüfatı ixtisaslarında kadr tələbatı artır

11 sentyabr, 15:24

İlk dəfə MİQ-də iştirak edənlər heç bir ödəniş etməyəcək

11 sentyabr, 13:23

Yeni modelli məktəblərdə tədris necə olacaq? – Nazir detalları AÇIQLADI

11 sentyabr, 13:01

Emin Əmrullayev: Müəllimləri sinif təmirinə kimsə məcbur edə bilməz

11 sentyabr, 12:59

Şagirdlərin yerdəyişməsinə oktyabrdan yenidən başlanacaq

11 sentyabr, 12:44

Magistr təhsili alana hər hansı üstünlük tanınmır

11 sentyabr, 12:42

“Məktəbli avtobusu” ilə bağlı layihə tədricən genişlənəcək

11 sentyabr, 12:38

Nazir: MİQ imtahanlarının formatı kökündən dəyişdirilməlidir

11 sentyabr, 12:31

Ucqar yerlərdə bəzi dərslər distant formada keçilə bilər – Nazir AÇIQLADI

11 sentyabr, 12:20

Magistratura təhsilinə daha sərt tələblər qoyulmalıdır – Deputat

11 sentyabr, 12:16

Emin Əmrullayev: Kişi müəllimlərin sayının artırılması üçün xüsusi planımız yoxdur

11 sentyabr, 12:14

Nazir: Müəllim məktəbdə şou ilə məşğul ola bilməz

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.