Bütün xəbərlər
20 iyun, 09:09

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) ilə birgə “Məktəbəqədər təhsildə liderlik” proqramı II çağırış üzrə sənəd qəbulu elan edir.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, proqram müasir çağırışlara cavab verən məktəbəqədər təhsil müəssisələri (MTM) idarəçilərinin və liderlərinin hazırlanmasını hədəfləyir.

Proqramda iştirak üçün tələblər:

- Pedaqoji sahədə ali təhsil;

- Dövlət məktəbəqədər təhsil müəssisəsində ən azı 3 il pedaqoji təcrübə.

İştirakçıların seçimi 2 mərhələdə (elektron sənəd qəbulu və müsahibə) həyata keçiriləcək.

1 ay (60 saat) davam edəcək proqram ərzində aşağıdakı mövzularda həftəiçi beş gün təlimlər keçiriləcək.

- MTM-in idarə olunması və liderlik;

- MTM-də heyətin idarə edilməsi;

- Təlim-tərbiyə işinin təşkili və idarə edilməsi;

- MTM-də sağlam psixoloji mühitin formalaşdırılması;

- İnkluziv təhsil;

- Sağlamlıq, təhlükəsizlik və rifah;

- MTM-də daxili keyfiyyət sisteminin qurulması;

- MTM-də sənədlərlə iş

Proqram üzrə dərslərin Bakı, Abşeron və Sumqayıtdan olan iştirakçılar üçün əyani, digər regionlardan olan iştirakçılar üçün isə, əsasən, onlayn olmaqla hibrid formada təşkil olunması planlaşdırılır.

Proqramda iştirak etmək istəyən şəxslər 28 iyun 2025-ci il tarixinədək qeydiyyatdan keçə bilərlər:

Qeydiyyat linki: https://forms.office.com/r/brwKf8xWSb 

Əlavə məlumat üçün mtm.idarecileri@adpu.edu.az imeylinə yaza bilərsiniz.

Proqramda iştirak ödənişsizdir.

Şərhlər

Xəbər lenti

20 iyun, 13:54

ADA Universitetində “Məzun günü” keçirilib

20 iyun, 13:44

Koreyada BMU-İNHA İDP tələbələri üçün buraxılış mərasimi keçirilib

20 iyun, 13:26

Gələcək arzusu elmlə məşğul olmaqdır - Çoxsaylı bacarıqları olan Mirelin uğur hekayəsi

20 iyun, 12:30

“Sertifikatlaşdırma karyerama müsbət təsir göstərəcək” – Qazax-Tovuz regionunun müəllimləri

20 iyun, 12:02

Sabahın hava proqnozu açıqlanıb

20 iyun, 11:48

Xəbərlər uşaqlara necə təsir edir?

20 iyun, 11:47

Gəncədə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib

20 iyun, 11:30

“Valideynlər səriştəli müəllimə daha çox inam bəsləyirlər” – Şərqi Zəngəzurun müəllimləri 

20 iyun, 10:44

Ağır atletika üzrə respublika birinciliyi baş tutub

20 iyun, 10:23

Bir ailənin 3 üzvü sertifikatlaşdırmada yüksək nəticə göstərib

20 iyun, 10:13

Boks üzrə respublika birinciliyi keçirilib

20 iyun, 10:07

"SABAH.city" süni intellekt və innovasiyalar üzrə koordinasiya mərkəzinə çevriləcək

20 iyun, 09:53

Məktəblilərarası fənn müsabiqələrinin nəticələri açıqlanıb

20 iyun, 09:44

QS-in baş vitse-prezidenti: Azərbaycan universitetləri möhtəşəm nəticələr göstərir

20 iyun, 09:32

Asiman İlyasov: Yeni reytinq universitetlərimizin beynəlxalq rəqabət qabiliyyətinin artdığını göstərir

20 iyun, 09:25

Firudin Qurbanov Gürcüstan parlamentinin komitə sədri ilə görüşüb

20 iyun, 09:15

MDU-da Əməkdar müəllimlərlə görüş keçirilib

19 iyun, 20:50

Həkim olmaq istəyirik - Qəbul imtahanında maksimum bal toplayanlar

19 iyun, 18:45

“Sertifikasiyanın müəllimlərin inkişafına çox faydası var” – Bölgə müəllimləri ilə söhbət

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.