Bütün xəbərlər
19 iyun, 20:50

Fidan Əliyeva və Ləman Əliyeva da iyunun 1-də keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə maksimum nəticə - 400 bal toplayan abituriyentlərdəndir. 

“Azərbaycan müəllimi” uğurlu məzunlarla həmsöhbət olub, onların təəssüratlarını öyrənib.

“Nəticəmi eşidəndə ona görə sevindim ki, valideynlərimin və müəllimlərimin etimadını doğrulda bildim”

Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki  və təbiət  elmləri liseyin məzunu Fidan Əliyeva bildirir ki, uşaqlıqdan texniki və təbiət fənlərinə marağı böyük olub, xüsusilə riyaziyyata daha çox həvəs göstərib: “Anamın riyaziyyat və informatika müəllimi olması və aşağı siniflərdən o fənni mənə sevdirməsi uğurlarımın əsas səbəblərindəndir. 10 və 11-ci siniflərə qədər riyaziyyat fənnindən bir sıra olimpiada və müsabiqələrdə iştirak etmişəm. SDU-nun keçirdiyi bilik yarışmalarında ardıcıl olaraq 3 dəfə 3-cü yeri tutmuşam. 10 və 11-ci siniflərdə bütün diqqətimi ancaq dərslərimə yönəltmişəm”. 

Uğurlu abituriyent qəbul imtahanında yüksək nəticə əldə etməyinin başlıca səbəbini bu yolda ona dəstək olan müəllim və valideynlərinin dəstəyi ilə əlaqələndirir: “Digər amil isə planlı və məqsədli çalışmaqdır. Nəticəmi eşidəndə ona görə sevindim ki, valideynlərimin və müəllimlərimin etimadını doğrulda bildim. Bu hiss ifadə edilə bilməyəcək qədər gözəldir, hər kəsə bu sevinci yaşamağı arzu edirəm!”.

Fidanın sözlərinə görə, bugünkü sevinc hissi onu daha böyük uğur qazanmağa ruhlandırır: “Gələcəkdə Vətənimə, millətimə faydalı, xeyirli kadrlardan olmaq istəyirəm. Mən Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirmək istəyirəm”.

“Bu nəticə özümü inkişaf etdirməyə olan marağımı daha da artırır”

Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Ləman Əliyeva qeyd edir ki, 8-ci sinifdən bașlayaraq müxtəlif fənlər üzrə olimpiadalarda iştirak edib, ancaq finala qədər gəlib çata bilməyib: “Ən sevimli fənnim kimya olub, kimyanın məntiqini müəyyən qədər tutduğumdan ișləmək əyləncəli olurdu. 10-cu sinifdən bașlayaraq ciddi șəkildə blok fənlərinə hazırlașmağa başladım. Biologiyanı çox təkrarlayırdım, kimya və fizikadan çoxlu sınaq testləri ișləyirdim. Kimyadan daha yuxarı səviyyəli tapşırıqlar ișləmişəm, özümü ən çətin imtahanlara hazırlamağa çalıșmışam. Qəbul imtahanında da cavabları tez yazdım, onları 2 dəfə yoxladım, çünkü əsas məsələ diqqət idi”.

Müəllimlərinin əməyini xüsusi dəyərləndirən istedadlı məzun onların və valideynlərinin inamını doğrultduğu üçün qürur duyduğunu, bundan sonra da təhsilinə böyük önəm verəcəyini dilə gətirir:  “Çox sevincliyəm və qürur hiss edirəm. Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisasına qəbul olub, həkim olmaq istəyirəm. Bu nəticə özümü inkişaf etdirməyə olan marağı daha da artırır”.

Şərhlər

Xəbər lenti

25 avqust, 20:34

Peşə məktəblərinə vakansiya seçiminin müddəti uzadılıb

25 avqust, 17:39

Lənkəranda bir məktəbin 78 şagirdi tələbə oldu 

25 avqust, 17:38

“Ali məktəbə oğlumun təhriki ilə sənəd verdim” – 20 ildən sonra tələbə olan Qax sakini

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.