Bütün xəbərlər
27 may, 12:50

"Sertifikatlaşdırma mövzusu cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biridir. Bəziləri bunu tənqid edir, bəziləri müsbət tendensiya kimi təqdim edir. Sertifikatlaşdırma dövlətin təhsil siyasətində zərurətdən irəli gələn məsələdir".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

O bildirib ki, problemin kökündə hansısa dövrdə, mərhələdə müəllim adına layiq olmayan, müəllim kimi fəaliyyət göstərməyə uyğun olmayan insanların təhsil sisteminə gəlməsi durur:

"Ona görə də sertifikatlaşdırma daha çox əvvəlki dövrlərdən müəllim kimi fəaliyyət göstərən insanların əməyinin, fəaliyyətinin qiymətləndirilməsinə yönələn addımdır. Məntiqlə götürdükdə, serifikatlaşdırmanın yekun nəticəsi təhsilin keyfiyyətinin artırılması, savadlı, bilikli müəllimlərin məktəblərdə daha çox işləməsi prosesinə təkan verəcək. Bu, çox ağrılı prosesdir. Milli Məclisin deputatlarına da bu barədə çoxlu müraciətlər olur. Sertifikatlaşdırma zərurətdir, amma cəmiyyətimiz bunu həzm edə bilməyib, xüsusilə də bəzi müəllimlərimiz".

Millət vəkili vurğulayıb ki, burada da yalnız bir tərəfi günahlandırmağın tərəfdarı deyil. Lakin dəfələrlə elan olunursa, ancaq müəllim buna hazırlaşmırsa, aşağı nəticə göstərib qarşı tərəfi qınamaq ədalətsiz yanaşmadır:

"Çünki özünə güvənən müəllimlər bu prosesi rahat keçirlər. Fikrimcə, müəllimlər, həkimlər, ümumiyyətlə, hər kəs davamlı olaraq öz üzərində işləməlidir. Ancaq sertifikatlaşdırmaya paralel olaraq universitetlərimizdə də təhsilin səviyyəsini qaldırmalıyıq ki, ali təhsil müəssisələri cəmiyyətə daha savadlı kadrlar təqdim etsinlər".

Şərhlər

Xəbər lenti

28 may, 16:37

Bilbacar müsabiqəsinin birinci mərhələsi başa çatdı

28 may, 09:25

BSU-da II karyera yarmarkası keçirilib

28 may, 09:18

28 May və maarifçilik: gələcəyin yolu keçmişdən keçir

28 may, 08:42

Azərbaycan Xalq Cümhuriyyətinin ən dəyərli mirası

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

27 may, 15:37

Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir

27 may, 15:31

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub

27 may, 15:27

BMU tələbələrinin ifasında “Qürur və qərəz” tamaşası nümayiş olunub

27 may, 15:08

BDU-da Karyera Festivalı keçirilib

27 may, 14:57

Məktəblilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar

27 may, 14:25

“Əxlaq qiymətləri” – Qəzetin arxivindən

27 may, 13:52

“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.