Bütün xəbərlər
26 aprel, 09:00

“Azərbaycan müəllimi” qəzeti, 24 noyabr 1960-cı il, №96

“Cavanlıqda mən kənd müəllimi olmuşam. Düzdür, indi mənim adıma ədib, professor, alim deyirlər, amma mən müəllim adı ilə həmişə fəxr etmişəm və indi də edirəm. Mədəni cəmiyyətin, mədəni ailənin, mədəni vətəndaşın çox minnətdar olduğu zümrə müəllimlərdir. Gənc nəslin ilk nümunə, ibrət götürdüyü, sözünü, işini, hərəkətini təqlid etdiyi şəxs xalq müəllimidir.

Müəllim xalq ziyalılarının xarakterik simasıdır. İctimai şüurun müəyyənləşməsi, billurlaşmasında, yeni nəslin cismən, zehnən müasir yetişməsində müəllimlərin xidmətləri böyükdür və cild-cild kitablara layiqdir.

Müəllim adının qüdsiyyətini qorumaq, daha da yüksəltmək bizim hər birimizin vəzifəsidir. Bu, hər bir müəllimin vəzifəsidir. Zəhmətsiz nemətə tamah salan, böyüklərə yaltaqlanan, özündən asılı olanlardan istifadə etməyə çalışan adam müəllim adına yaddır.

Uşaqlar ən həssas, ən ayıq, ən səmimi insanlardırlar. Onların yanında bir sözün yalan çıxdımı, dərhal hörmətin düşəcək. Səni qaba bir hərəkətdə, çirkin bir əməldə gördülərmi, onların nəzərində nəinki təkcə sənin, bütün müəllim adı daşıyanların nüfuzu enəcək. Uşaqların iti müşahidə, amansız mühakiməsi qarşısında ehtiyatlı olun! Onların hörmətini qazanmağa çalışın. Camaat arasında hörmət qazanmayan müəllimin sözündə kəsər olmaz. Müəllimlər bilir ki, dəcəl uşağı təlqin edib ləyaqətli vətəndaş yetirəndə duyduğun sevinc qibtəyə layiqdir.

Ədəbiyyat dərsini mən şəxsən yalnız ədəbiyyat dərsi kimi düşünmürəm. Uşaqların, gənclərin xarakterinin kamilləşməsində, müəyyən peşəni sevməsində, həyata münasibətlərinin billurlaşmasında ədəbiyyatın, xüsusən, mühüm əsərlərin təsiri böyükdür. Ədəbiyyatın təbliği müəllimlərimizin şərəf işidir. Bu ədəbiyyat həm fikri, həm etik, həm estetik tərbiyənin kəsərli silahıdır. Bu, ədəbiyyatı sevdirmək – uşağın zehnini işıqlandırmaq deməkdir. Odur ki, ədəbiyyat dərsinin məzmununa, metoduna, təşkilinə artıq diqqət yetirilməlidir. Yenidən qurulmaqda olan məktəblərimizdə ədəbiyyat proqramlarının mütləq yenidən tərtibi və geniş müzakirəsinə nail olmalıyıq.

Ümumiyyətlə, orta məktəb proqram və dərslikləri köhnəlmişdir. Orta məktəb, ədəbiyyat proqramlarının, dərsliklərinin yaradılmasında orta məktəb müəllimləri iştirak etmirlər, və ya az iştirak edirlər. Məgər, 20-25 illik zəngin təcrübə sahibi olan, məktəbin və məktəblinin hazırkı tələbini hər kəsdən yaxşı duyan və bilən qocaman müəllimlər bu işə az fayda verə bilərlər? Məncə, burada da orta məktəb müəllimlərinin hüququnu bərpa etmək lazımdır.

Məktəbi və təhsil-tərbiyəni yenidən quran fədakar müəllimlərimizə hərtərəfli kömək etmək üçün bundan sonra da bir sıra faydalı tədbirlər görmək lazım gələcəkdir. Xalq maarifinin, pedaqojisinin tarixi, klassik müəllimlər haqqında monoqrafiyalar yaradılmalıdır. Akademiyanın ictimai elmlər bölməsində heç olmasa xüsusi şöbə yaradılmalıdır.

Bakıda mühəndis evi, həkim evi, yazıçı evi olduğu kimi, müəllim evi də yaradılmalıdır. Belə bir mədəniyyət ocağına ehtiyac çoxdur.

Şərhlər

Xəbər lenti

10 iyun, 18:20

STEAM'ool olimpiadasında 2400-dən çox şagird iştirak edir

10 iyun, 18:12

MDU-nun rektoruna yeni müşavir təyin olunub

10 iyun, 18:02

11 may tarixində keçirilmiş imtahanların nəticələri elan olunub

10 iyun, 17:25

Əsas məsələ yıxıldıqdan sonra qalxmaq, irəli getməkdə israrlı olmaqdır – Sakit Məmmədov

10 iyun, 16:55

Sakit Məmmədov: Rəsm dərslərinin formatı dəyişməlidir

10 iyun, 16:42

Kəmalə Aşumova: Uşaqlar təhsil mühitində daha aktiv iştirakçıya çevrilirlər

10 iyun, 16:36

Azərbaycanda beynəlxalq bazalarda indekslənən 25 elmi jurnal var

10 iyun, 16:27

RFO qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

10 iyun, 16:20

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün onlayn imtahan keçirilib

10 iyun, 16:08

Avstriyada məktəbdə atışma olub, 11 nəfər ölüb

10 iyun, 15:50

ADNSU Albaniyanın ali məktəbləri ilə əməkdaşlıq edəcək

10 iyun, 15:29

LDU və Rumıniyanın Qalati Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

10 iyun, 15:20

Təhsil təbiətin tərəfindədir

10 iyun, 15:12

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

10 iyun, 15:05

Təhsilini kredit hesabına bitirdi, indi məhkəmədə çalışır

10 iyun, 15:02

SDU-da Məzun Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

10 iyun, 15:00

Naxçıvan məktəblisi Bebras müsabiqəsində 2-ci yeri tutub

10 iyun, 14:28

388 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb

10 iyun, 14:28

Övladları məktəbəhazırlıq qruplarının rus bölmələrində oxuyanların NƏZƏRİNƏ!

10 iyun, 14:08

Yanıma bir uşaq gətirmişdilər, heç mənim o qədər mükafatım yox idi... – Xalq rəssamı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.