
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün daha bir beynəlxalq imkan təqdim olunur.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Huawei” şirkətinin İKT Akademiyası proqramı çərçivəsində təşkil olunan "Huawei İKT Müsabiqəsi 2025–2026" üçün qeydiyyat başlayıb. Bu nüfuzlu yarışma tələbələrin informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq və yaradıcı yanaşmalarını inkişaf etdirmək məqsədi daşıyır.
Müsabiqə üç mərhələdən ibarətdir: ilkin və milli seçimlər (fərdi şəkildə), daha sonra bölgə üzrə yarış (komanda şəklində), və nəhayət, beynəlxalq final mərhələsi. Yarışda həm bakalavr, həm də magistr və doktorantura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.
İştirakçılar yalnız bir istiqamət seçə bilərlər – ya "Təcrübə" yarışı (Şəbəkə və ya Bulud texnologiyaları üzrə), ya da "Yenilik" istiqaməti. Hər iki istiqamətdə eyni vaxtda iştirak mümkün deyil. Əvvəlki illərdə beynəlxalq mərhələdə birinci yerə çıxmış şəxslər həmin istiqamət üzrə yenidən yarışa qatıla bilməzlər.
Bölgə mərhələsində komandalar üç tələbə və bir müəllimdən ibarət olur və bütün üzvlər eyni ali təhsil müəssisəsinin nümayəndəsi olmalıdır. Uğur qazanan komandalar ölkələrini beynəlxalq mərhələdə təmsil etmək imkanı əldə edəcəklər.
Müsabiqənin iştirakçıları:
Süni intellekt, bulud texnologiyaları və kompüter şəbəkələri sahəsində praktiki biliklər əldə edəcək,
Huawei tərəfindən təqdim olunan ödənişsiz tədris materiallarından və imtahan imkanlarından yararlana biləcək,
Tanınmış beynəlxalq texnologiya sertifikatları qazanmaq şansı əldə edəcək,
Universitetlərini beynəlxalq aləmdə təmsil edərək nüfuzunu artıracaqlar.
Tələbələrin bu imkanlardan yararlanması üçün ASOIU-nun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dəstəyi və müəllimlərin istiqamətləndirməsi xüsusi əhəmiyyət daşıyır.
Qeydiyyat:https://e.huawei.com/en/talent/news/#/details?consultationId=1315
Əlaqə: Elviz İsmayılov – elviz.ismailov@asoiu.edu.az
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər