Bütün xəbərlər
9 sentyabr, 16:48

“Azərbaycan müəllimi” xəbər verir ki, 2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq ediləcək yeni nəsil “Riyaziyyat” dərslik komplektinin məzmunu və tədris texnologiyasının xüsusiyyətlərinə həsr olunmuş vebinar keçirilib.

Vebinarda çıxış edən Tədris Resursları Mərkəzinin direktoru, dərsliyin müəllifi və layihə rəhbəri Zaur İsayev bildirib ki, “Riyaziyyat” dərsliklərini hazırlayarkən həm müsbət təcrübələr, həm də müəyyən çətinliklər müşahidə olunur:

“Ənənəvi sovet təhsil sistemi ilə müasir dünya reallıqlarına uyğun təhsil arasında inteqrasiyada müəyyən boşluqlar mövcuddur. Bu, ən böyük problemlərdən biridir. Çünki bizim müəllimlər hələ də müəyyən qədər sovet dövrünün təhsil ənənələri ilə işləyirlər. Təbii ki, bu, inkar ediləsi bir sistem deyil. Sovet təhsil modeli dünyanın elm və təhsil tarixində özünəməxsus yer tutub. Lakin bu gün müasir tələblərə uyğunlaşma, yeni yanaşmaların tətbiqi zərurəti yaranıb”.

Zaur İsayevin sözlərinə görə, bu gün valideynlərin və şagirdlərin gözləntiləri də dəyişib. Dünyanın aparıcı ölkələrinin ali məktəblərinə qəbul olmaq istəyən məzunların müasir yanaşmalarla riyaziyyatı öyrənməsi vacibdir. Yeni dərslik də məhz bu məqsədə xidmət edir:

“Bizim vəzifəmiz şagirdlərə yalnız nəzəri bilikləri deyil, həm də praktik düşünmə bacarıqlarını aşılamaqdır. Çünki müasir təhsil sistemində riyaziyyat yalnız hesablamalar deyil, həm də məntiqi təfəkkürün inkişafı vasitəsidir”.

1 /1

Şərhlər

Xəbər lenti

9 sentyabr, 18:46

“Huawei” ADNSU tələbələri üçün beynəlxalq müsabiqədə iştirak imkanı yaradıb

9 sentyabr, 18:37

NDU-nun rektoru beynəlxalq təqaüd proqramının qalibləri ilə görüşüb

9 sentyabr, 17:19

ADNSU-da beynəlxalq səviyyəli yeni tədris proqramı təqdim olunur

9 sentyabr, 16:03

Qlobal müəllim çatışmazlığı: 2030-cu ilə qədər 44 milyon nəfər işə götürülməlidir

9 sentyabr, 14:16

MDU-da “Birbank Fintech” laboratoriyasının açılışı olub

9 sentyabr, 14:03

İdman Akademiyasının tələbələri Avropa çempionatında 3 medal qazanıblar

9 sentyabr, 13:59

IX sinif şagirdlərinin ingilis dili üzrə bilik səviyyəsinin B1-ə çatdırılması planlaşdırılır

9 sentyabr, 13:24

Yeni “İngilis dili” dərsliyi 4 bacarığı bərabər inkişaf etdirəcək

9 sentyabr, 13:15

“İmkanlar hamı üçün açıqdır” – Kanadada tam təqaüdlə təhsil alan azərbaycanlı 

9 sentyabr, 13:03

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

9 sentyabr, 12:56

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərsləri başlayır – Qeydiyyat davam edir

9 sentyabr, 12:49

İDP çərçivəsində Çində oxuyacaq BMU tələbələri Pekin şəhərindədirlər

9 sentyabr, 12:19

Yeni dərslik istifadəçiləri 10-11-ci siniflərdə sıfırdan təkrara ehtiyac duymayacaqlar

9 sentyabr, 12:15

“Olimpiada yeni bacarıqlar əldə etməyimə kömək oldu” – Uğur qazanan şagirdlər

9 sentyabr, 12:06

Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA

9 sentyabr, 12:00

“Şalvar-köynək”, “Duz-çörək” artıq yaxınmənalı söz sayılmayacaq

9 sentyabr, 11:54

BMU-İNHA proqramında ən yüksək bal toplayan tələbələrin adları açıqlanıb

9 sentyabr, 11:54

28 mindən çox uşaq bağçaya qəbul üçün növbə gözləyir

9 sentyabr, 11:40

"Oxut" layihəsi çərçivəsində “Məzun günü” görüşü baş tutub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.