Bütün xəbərlər
9 sentyabr, 13:15

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin məzunu Şəmsinur Məmmədzadə böyük uğura imza atıb. O, Birləşmiş Dünya Kollecləri (United World Colleges – UWC) Milli Komitəsi tərəfindən keçirilən çoxmərhələli seçim prosesini uğurla keçərək  2025–2027-ci illərdə Kanadanın nüfuzlu “Pearson College UWC” məktəbində tam təqaüdlə təhsil almaq hüququ qazanıb. 

“Azərbaycan müəllimi” uğurlu gənclə həmsöhbət olub. 

Böyük uğurlar böyük xəyallarla başlayır

Şəmsinur uğurunun arxasında dayanan səbəbləri belə izah edir: “Uşaq vaxtından bacım kimi xaricdə ölkəmizi təmsil etmək istəyirdim. Özümü inkişaf etdirmək məni həmişə ruhlandırıb”.

Şəmsinur üçün seçim prosesində ən çətin mərhələ videomüsahibə olub: “Mənə görə, ən çətin mərhələ videomərhələ idi. Çünki müəyyən mövzu haqqında yalnız 1–2 dəqiqə danışmaq mümkün idi. Fikirləri bu qədər qısa vaxtda tam çatdırmaq heç də asan deyildi”.

Onun fikrincə, seçimdə əsas rol oynayan məhz şəxsi keyfiyyətləri olub: “Ən çox uyğunlaşma bacarığım, mədəniyyətlərarası marağım və öyrənməyə açıqlığım seçilməyimdə həlledici oldu”.

Proqram haqqında ilk dəfə yaxın qohumundan eşidən Şəmsinur indi həmin günün həyatında dönüş nöqtəsi olduğunu deyir: “İlk dəfə bu məlumatı yaxın bir qohumumdan almışdım. O vaxtdan proqram diqqətimi çəkmişdi və hədəfimə çevrilmişdi”.

Şəmsinur uğur yolunda tək olmadığını xüsusi vurğulayır: “Bu yolda mənə dəstək olan ailəmə, dostlarıma, qohumlarıma, xüsusilə bacıma çox minnətdaram”. 

Sadə və böyük arzunun izi ilə…

Kanadada təhsil almaq Şəmsinur üçün sadəcə akademik biliklər deyil, həm də böyük bir həyat təcrübəsi deməkdir. O, gələcəkdə beynəlxalq münasibətlər üzrə təhsil almaq istədiyini deyir: “Müxtəlif mədəniyyətlərdən öyrənməyi sevirəm, fərqli baxışlara hörmət edir və insanları birləşdirən dəyərlərə inanıram. Bu məni UWC dəyərlərinə daha da yaxınlaşdırır”.

Şəmsinur uğurunun təkcə özünə aid olmadığını düşünür: “Mənim uğurum Gəncədə oxuyan digər şagirdlərə göstərir ki, məqsəd qoyduqda və çalışdıqda imkanlar hamı üçün açıqdır”.

O, yaşıdlarına da səmimi məsləhətlərini çatdırır: “Onlara məsləhətim odur ki, özlərinə güvənsin, fürsətlərdən qorxmasın və daim öyrənməyə açıq olsunlar”.
Ən yaxın arzusu sadə olduğu qədər həm də böyükdür: “Arzum yaxşı təhsil alaraq cəmiyyətə faydalı insan olmaqdır. Bu uğur həmin arzuma bir addım yaxınlaşdığımı göstərir”.

Şərhlər

Xəbər lenti

9 sentyabr, 18:46

“Huawei” ADNSU tələbələri üçün beynəlxalq müsabiqədə iştirak imkanı yaradıb

9 sentyabr, 18:37

NDU-nun rektoru beynəlxalq təqaüd proqramının qalibləri ilə görüşüb

9 sentyabr, 17:19

ADNSU-da beynəlxalq səviyyəli yeni tədris proqramı təqdim olunur

9 sentyabr, 16:48

Yeni dərslik müasir yanaşmalarla riyaziyyatı öyrədəcək

9 sentyabr, 16:03

Qlobal müəllim çatışmazlığı: 2030-cu ilə qədər 44 milyon nəfər işə götürülməlidir

9 sentyabr, 14:16

MDU-da “Birbank Fintech” laboratoriyasının açılışı olub

9 sentyabr, 14:03

İdman Akademiyasının tələbələri Avropa çempionatında 3 medal qazanıblar

9 sentyabr, 13:59

IX sinif şagirdlərinin ingilis dili üzrə bilik səviyyəsinin B1-ə çatdırılması planlaşdırılır

9 sentyabr, 13:24

Yeni “İngilis dili” dərsliyi 4 bacarığı bərabər inkişaf etdirəcək

9 sentyabr, 13:03

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

9 sentyabr, 12:56

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərsləri başlayır – Qeydiyyat davam edir

9 sentyabr, 12:49

İDP çərçivəsində Çində oxuyacaq BMU tələbələri Pekin şəhərindədirlər

9 sentyabr, 12:19

Yeni dərslik istifadəçiləri 10-11-ci siniflərdə sıfırdan təkrara ehtiyac duymayacaqlar

9 sentyabr, 12:15

“Olimpiada yeni bacarıqlar əldə etməyimə kömək oldu” – Uğur qazanan şagirdlər

9 sentyabr, 12:06

Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA

9 sentyabr, 12:00

“Şalvar-köynək”, “Duz-çörək” artıq yaxınmənalı söz sayılmayacaq

9 sentyabr, 11:54

BMU-İNHA proqramında ən yüksək bal toplayan tələbələrin adları açıqlanıb

9 sentyabr, 11:54

28 mindən çox uşaq bağçaya qəbul üçün növbə gözləyir

9 sentyabr, 11:40

"Oxut" layihəsi çərçivəsində “Məzun günü” görüşü baş tutub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.