
Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının nüfuzlu İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində 2025-2026-cı tədris ili üzrə “Kompüter elmləri / Süni İntellekt mühəndisliyi (AI)” ixtisasına qəbul olan 25 tələbənin adı açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu ixtisas üzrə qəbul kvotası cəmi 25 nəfərlə məhdud olub və bütün yerlər yüksək nəticələr göstərmiş abituriyentlər tərəfindən tutulub və bu nüfuzlu proqramda təhsil almaq hüququ qazanıblar.
Proqram haqqında qısa məlumat:
İxtisas: Kompüter elmləri /Süni intellekt mühəndisliyi (AI)
Tədris dili: İngilis dili
Təhsil modeli: 3 il BMU-da, 1 il Koreyada İNHA Universitetində
Diplom: Həm BMU, həm də İNHA Universitetindən bakalavr diplomu
Təqaüd: Təhsil haqqı, dərs materialları, Koreyada 1 illik təhsil və yay məktəbi daxil olmaqla bütün xərclər Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən qarşılanır.
Proqramın məqsədi və imkanları:
Bu ixtisas üzrə tələbələr maşın öyrənməsi, alqoritmlər, dərin öyrənmə, neyron şəbəkələr, proqramlaşdırma dilləri (Python, TensorFlow, PyTorch, SQL, C++ və s.) üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər. Məzunlar gələcəkdə süni intellekt mühəndisi, proqram təminatı üzrə mütəxəssis, data analitik və digər yüksək ixtisaslı texnologiya mütəxəssisləri kimi fəaliyyət göstərə biləcəklər.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər