Bütün xəbərlər
9 sentyabr, 12:15

Məktəblilərimizin müxtəlif beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri davam etməkdədir. Belə ki, 29 avqust – 4 sentyabr tarixlərində Bolqarıstanın Şumen şəhərində keçirilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2025) ölkəmizi təmsil edən şagirdlər uğurla çıxış ediblər. Yarışda 24 ölkədən 96 məktəbli iştirak edib və Azərbaycan komandası üç bürünc medal qazanıb. 

Qeyd edək ki, Azərbaycan məktəbliləri 2017-ci ildən bu nüfuzlu yarışda iştirak edir və indiyədək 4 gümüş, 11 bürünc medal əldə ediblər. 
“Azərbaycan müəllimi” 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri oxuculara təqdim edir.

“Olimpiadada təkcə yarışmadım, həm də yeni dostlar qazandım”

Bu il Bolqarıstanda keçirilən olimpiadada bürünc medal qazanan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə deyir ki, bu olimpiada 2017-ci ildən keçirilir və Avropa ölkələrinin 15 yaşadək ən güclü 4 olimpiadaçısı burada bilik və təcrübələrini sınayırlar. Azərbaycan isə bu yarışda ilk gündən iştirak edir: “Medal qazanmağım mənim üçün çox böyük uğurdur. Beynəlxalq olimpiada qalibi olmaq gələcəkdə, xüsusən də xaricdə təhsil üçün mühüm üstünlükdür. Olimpiadada təkcə yarışmadım, həm də yeni dostlar qazandım, Bolqarıstanın mədəniyyəti ilə tanış oldum”.

Ömər qeyd edir ki, bu nəticəyə gəlmək üçün bir ildən artıq müddətdə hazırlaşıb: “Keçən il seçmə imtahanında uğurlu nəticə göstərə bilməmişdim, amma bu il bacardım. Ən böyük dəstəkçilərim isə ailəm və müəllimlərim oldu”.

Onun əvvəlki nailiyyətləri də diqqətəlayiqdir. 6-cı sinifdə Respublika Fənn Müsabiqəsində informatika fənni üzrə birinci olub. 7-ci sinifdə fizika fənnindən gümüş medal, 8 və 9-cu sinifdə isə ardıcıl olaraq informatika fənnindən qızıl medal qazanıb. Bundan əlavə, bu il III Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında da gümüş medala layiq görülüb.

Sevimli fənni informatika olan Ömər deyir ki, bu sahəyə olan marağı 5-ci sinifdə “Scratch” platforması ilə tanışlıqdan sonra başlayıb: “Orada oyunlar və proqramlar yaradırdım. Bu da informatika sahəsində gələcəyimi görməyimə səbəb oldu”.

Boş vaxtlarını, əsasən, məsələlərin həllinə sərf edən Ömər ədəbiyyata da maraq göstərir. Ən son Lev Tolstoyun “Ağa və nökər” əsərini oxuyub. Universitet seçimində isə hələ qərar verməsə də, məqsədi dünyanın ən yaxşı universitetlərində təhsil almaqdır.

“Bu yarışda iştirak mənə böyük təcrübə qazandırdı”

Medal qazanan digər məktəblimiz Bakı şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədovdur. O, Azərbaycanın Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında hər il iştirakçı olduğunu və həmişə yaxşı nəticələr əldə etdiyini deyir: “Medal almaq həm mən, həm də ölkəm üçün böyük fəxr mənbəyi oldu. Ümumiyyətlə, bu yarışda iştirak mənə böyük təcrübə qazandırdı. Uzunmüddətli hazırlıq və seçim turlarından keçərək iştirak haqqı qazandım. Bu nailiyyəti qazanmama səbəb valideynlərimin inancı və müəllimlərimin zəhməti oldu”.

Əkbər daha əvvəl də müxtəlif yarışlarda özünü sınayıb. Respublika fənn müsabiqəsində bir dəfə, Respublika fənn olimpiadasında isə iki dəfə iştirak edib. Beynəlxalq səviyyədə isə Özbəkistanda keçirilən Əl-Xarəzmi Olimpiadasında və Bolqarıstanda EJOI-də mübarizə aparıb.

İnformatika onun ən sevdiyi fənlərdəndir: “Uşaqlıqdan kompüterə marağım var idi. Buna görə yeni bacarıqlar əldə etmək istəyirdim və olimpiada bu sahədə mənə çox kömək oldu. Bu istiqamətdə ən böyük dəstəkçilərim valideynlərim və müəllimlərimdir. Onların inamı və əməyi olmasaydı, bu qədər irəliləyə bilməzdim”.

Əkbər boş vaxtlarında kompüter oyunları oynamağı və dostları ilə vaxt keçirməyi sevir. Günü əvvəlcədən planlaşdırmasa da, dərs, hazırlıq və vacib tapşırıqlara mütləq vaxt ayırır. Ədəbiyyata marağı çox olmasa da, oxuduğu kitablar arasında Aqata Kristinin “Pərdə: Puaronun son sirri” əsəri diqqətini çəkib.
Gələcək planlarına gəlincə, o hələ dəqiq qərar verməsə də, əsas hədəfi yaxşı bir texniki universitetdə təhsil almaqdır. Xaricdə oxumağı düşünərsə, seçimləri, əsasən, Avropa və ABŞ universitetləri olacaq. Azərbaycanda keçirilən qəbul imtahanlarında iştirak etməyi də planlaşdırır.

“Medal qazanmaq özümə olan inamımı artırdı və gələcəkdə daha böyük nailiyyətlər üçün motivasiya verdi”

Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə də olimpiada da bürünc medal qazananlardandır. O deyir ki, olimpiada onun üçün həm yeni dostluqlar, həm də böyük təcrübə qazandırıb: “Medal qazanmaq özümə olan inamımı artırdı və gələcəkdə daha böyük nailiyyətlər üçün motivasiya verdi”.

Fateh əvvəllər Respublika Fənn Olimpiadasında qızıl medal qazanıb. Onun sevimli fənni fizika olsa da, proqramlaşdırmaya da xüsusi maraq göstərir: “Fizikaya marağım şəxsi səbəblərlə yaranıb, amma boş vaxtımın çoxunu proqramlaşdırmaya sərf edirəm. Kod yazmadığım vaxt isə musiqi dinləməyi xoşlayıram”.

Ən böyük dəstəkçilərinin ailəsi, dostları və müəllimləri olduğunu vurğulayan Fateh gündəlik vaxt bölgüsü aparmadığını da qeyd edir. Onun sözlərinə görə, bu yanaşma vacib işləri daha tez həll etməsinə imkan yaradır. Ən son oxuduğu kitab “Şerlok Holms” olub.

Gələcək planları barədə danışan Fateh universitet seçimi ilə bağlı hələ dəqiq qərar vermədiyini deyir. 

Şərhlər

Xəbər lenti

9 sentyabr, 18:46

“Huawei” ADNSU tələbələri üçün beynəlxalq müsabiqədə iştirak imkanı yaradıb

9 sentyabr, 18:37

NDU-nun rektoru beynəlxalq təqaüd proqramının qalibləri ilə görüşüb

9 sentyabr, 17:19

ADNSU-da beynəlxalq səviyyəli yeni tədris proqramı təqdim olunur

9 sentyabr, 16:48

Yeni dərslik müasir yanaşmalarla riyaziyyatı öyrədəcək

9 sentyabr, 16:03

Qlobal müəllim çatışmazlığı: 2030-cu ilə qədər 44 milyon nəfər işə götürülməlidir

9 sentyabr, 14:16

MDU-da “Birbank Fintech” laboratoriyasının açılışı olub

9 sentyabr, 14:03

İdman Akademiyasının tələbələri Avropa çempionatında 3 medal qazanıblar

9 sentyabr, 13:59

IX sinif şagirdlərinin ingilis dili üzrə bilik səviyyəsinin B1-ə çatdırılması planlaşdırılır

9 sentyabr, 13:24

Yeni “İngilis dili” dərsliyi 4 bacarığı bərabər inkişaf etdirəcək

9 sentyabr, 13:15

“İmkanlar hamı üçün açıqdır” – Kanadada tam təqaüdlə təhsil alan azərbaycanlı 

9 sentyabr, 13:03

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

9 sentyabr, 12:56

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərsləri başlayır – Qeydiyyat davam edir

9 sentyabr, 12:49

İDP çərçivəsində Çində oxuyacaq BMU tələbələri Pekin şəhərindədirlər

9 sentyabr, 12:19

Yeni dərslik istifadəçiləri 10-11-ci siniflərdə sıfırdan təkrara ehtiyac duymayacaqlar

9 sentyabr, 12:06

Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA

9 sentyabr, 12:00

“Şalvar-köynək”, “Duz-çörək” artıq yaxınmənalı söz sayılmayacaq

9 sentyabr, 11:54

BMU-İNHA proqramında ən yüksək bal toplayan tələbələrin adları açıqlanıb

9 sentyabr, 11:54

28 mindən çox uşaq bağçaya qəbul üçün növbə gözləyir

9 sentyabr, 11:40

"Oxut" layihəsi çərçivəsində “Məzun günü” görüşü baş tutub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.