Bütün xəbərlər
9 sentyabr, 14:16

Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Kapital Bank” arasında əməkdaşlıq Memorandumu imzalanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, sentyabrın 9-da Memorandum çərçivəsində universitetdə “Birbank Fintech” laboratoriyasının açılışı keçirilib.

Tədbirdə MDU-nun rektoru Anar Eminov və “Kapital Bank”ın Mingəçevir filialının müdiri Səbuhi Muxtarov iştirak ediblər. Açılış mərasimində yeni laboratoriya ilə tanışlıq olub və tələbələrin maliyyə sahəsində biliklərinin artırılması üçün yaradılan imkanlar yüksək qiymətləndirilib. Əməkdaşlıq çərçivəsində “Kapital Bank” tərəfindən universitetə 20 ədəd notbuk təqdim olunub.

MDU-nun rektoru Anar Eminov bildirib ki, universitetin əsas prioritetlərindən biri tələbələrin gələcək karyeraları üçün praktik bilik və bacarıqlara yiyələnmələridir. O qeyd edib ki, “Kapital Bank”la qurulan əməkdaşlıq məhz bu məqsədə xidmət edir və tələbələrin əmək bazarında daha rəqabətli olmasına imkan yaradacaq. Rektor “Birbank Fintech” laboratoriyasının yaradılmasına, universitetə təqdim olunan texniki dəstəyə və tələbələr üçün təcrübə imkanlarının təmin edilməsinə görə bank nümayəndələrinə təşəkkür edib.

“Kapital Bank”ın Mingəçevir filialının müdiri Səbuhi Muxtarov çıxışında vurğulayıb ki, təhsilə dəstək və gənclərdə innovativ bacarıqların formalaşdırılması bankın korporativ sosial məsuliyyət siyasətinin mühüm istiqamətlərdən biridir. O qeyd edib ki, “Birbank Fintech” laboratoriyası MDU tələbələrinin rəqəmsal bankçılıq və maliyyə texnologiyaları sahəsində praktiki biliklər əldə etməsinə xidmət edəcək. Bu əməkdaşlıq region üçün də yeni imkanlar yaradacaq və gənclərin peşəkar inkişafına töhfə verəcək.

Memorandum çərçivəsində MDU-nun tələbələrinin istehsalat təcrübəsini “Kapital Bank”da keçməsi nəzərdə tutulur. Bu addım tələbələrə həm nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək, həm də bank sektorunun real iş mühitini yaxından öyrənmək imkanı yaradacaq.

Qeyd edək ki, yeni açılan “Birbank Fintech” laboratoriyası tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, innovativ yanaşma və müasir maliyyə texnologiyalarına daha yaxından yiyələnməsinə imkan verəcək. Bu əməkdaşlıq MDU tələbələri üçün sadəcə yeni bir tədris mühiti deyil, həm də gələcək karyeralarına inamla addımlamaq üçün geniş bir platforma olacaq.

1 /3

Şərhlər

Xəbər lenti

9 sentyabr, 18:46

“Huawei” ADNSU tələbələri üçün beynəlxalq müsabiqədə iştirak imkanı yaradıb

9 sentyabr, 18:37

NDU-nun rektoru beynəlxalq təqaüd proqramının qalibləri ilə görüşüb

9 sentyabr, 17:19

ADNSU-da beynəlxalq səviyyəli yeni tədris proqramı təqdim olunur

9 sentyabr, 16:48

Yeni dərslik müasir yanaşmalarla riyaziyyatı öyrədəcək

9 sentyabr, 16:03

Qlobal müəllim çatışmazlığı: 2030-cu ilə qədər 44 milyon nəfər işə götürülməlidir

9 sentyabr, 14:03

İdman Akademiyasının tələbələri Avropa çempionatında 3 medal qazanıblar

9 sentyabr, 13:59

IX sinif şagirdlərinin ingilis dili üzrə bilik səviyyəsinin B1-ə çatdırılması planlaşdırılır

9 sentyabr, 13:24

Yeni “İngilis dili” dərsliyi 4 bacarığı bərabər inkişaf etdirəcək

9 sentyabr, 13:15

“İmkanlar hamı üçün açıqdır” – Kanadada tam təqaüdlə təhsil alan azərbaycanlı 

9 sentyabr, 13:03

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

9 sentyabr, 12:56

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərsləri başlayır – Qeydiyyat davam edir

9 sentyabr, 12:49

İDP çərçivəsində Çində oxuyacaq BMU tələbələri Pekin şəhərindədirlər

9 sentyabr, 12:19

Yeni dərslik istifadəçiləri 10-11-ci siniflərdə sıfırdan təkrara ehtiyac duymayacaqlar

9 sentyabr, 12:15

“Olimpiada yeni bacarıqlar əldə etməyimə kömək oldu” – Uğur qazanan şagirdlər

9 sentyabr, 12:06

Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA

9 sentyabr, 12:00

“Şalvar-köynək”, “Duz-çörək” artıq yaxınmənalı söz sayılmayacaq

9 sentyabr, 11:54

BMU-İNHA proqramında ən yüksək bal toplayan tələbələrin adları açıqlanıb

9 sentyabr, 11:54

28 mindən çox uşaq bağçaya qəbul üçün növbə gözləyir

9 sentyabr, 11:40

"Oxut" layihəsi çərçivəsində “Məzun günü” görüşü baş tutub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.