
Sentyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə keçirilən “Oxut” layihəsi tərəfindən şəhid və aztəminatlı ailələrin övladlarının “Məzun günü” görüşü baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, səhər yeməyi süfrəsində bir araya gələn uşaqlar ingilis dilində bir-birləri ilə ünsiyyətdə olub, asudə vaxtlarını səmərəli keçiriblər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin ingilis dili üzrə ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onların asudə vaxtlarını düzgün təşkil etmək olub.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbir “Oxut” layihəsində iştirak edən şagirdlər üçün nəzərdə tutulub və müxtəlif yaş qruplarını əhatə edib. Layihə 8 ay müddətində davam edərək uşaqların dil biliklərinin möhkəmlənməsinə, ünsiyyət vərdişlərinin inkişafına və özünəinamlarının artırılmasına xidmət edib. Bu dövrdə şagirdlər həm akademik, həm də sosial fəaliyyətlərdə iştirak edərək həmyaşıdları ilə daha yaxın münasibətlər qurublar.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər