
Ümumi təhsil müəssisələrində metodik xidmətin təkmilləşdirilməsi istiqamətində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsinin növbəti təlim mərhələsinə start verilib.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, layihə çərçivəsində metodik dəstəyin gücləndirilməsi, pedaqoji fəaliyyətin keyfiyyətinin artırılması və innovativ yanaşmaların təşviqi hədəf kimi müəyyən edilib. Hazırda keçirilən təlimlərə Abşeron-Xızı RTİ, Gəncə-Daşkəsən RTİ, Şərqi Zəngəzur RTİ, Mərkəzi Aran RTİ, Lənkəran-Astara RTİ, Quba-Xaçmaz RTİ, Şəki-Zaqatala RTİ, Qarabağ RTİ, Dağlıq Şirvan RTİ və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri qatılıb. Təlimlərdə ümumilikdə 150-yə yaxın müəllim iştirak edir.
Təlim proqramı müasir təhsil yanaşmalarına əsaslanaraq müəllimlərin praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlib. Proqram çərçivəsində səriştə əsaslı təlimin təşkili, kurikulum sənədləri ilə məqsədyönlü və sistemli işləmə, təlim nəticələri və qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməsi, dərs prosesinin effektiv planlaşdırılması kimi sahələr üzrə iştirakçılara tətbiqi bilik və bacarıqlar aşılanır.
Təlim müddətində interaktiv müzakirələr, situativ və tətbiqi xarakterli fəaliyyətlər vasitəsilə iştirakçılar arasında təcrübə mübadiləsi təşviq olunacaq, onların metodik kompetensiyalarının inkişafına dəstək göstəriləcək.
Qeyd edək ki, təlimlər 15 gün müddətində davam edəcək.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər