Bütün xəbərlər
3 fevral, 12:56

Qarabağ Universitetinin gənc müəllimi Fatimə Əlizadə “Azərbaycan müəllimi”nə müsahibə verib.

- Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almısınız, əvvəlcə xaricdə təhsil təcrübənizdən danışaq. 

- Dövlət Proqramı çərçivəsində Böyük Britaniyada London Universitet Kollecində (UCL) təhsildə qiymətləndirmə üzrə magistr təhsili almışam. UCL dünyanın ən prestijli universitetlərindən biri olaraq mənə tədqiqat və akademik inkişaf üçün geniş imkanlar yaratdı. Oradakı tələbəyönümlü təhsil prosesi tənqidi düşüncə, elmi analiz və problemlərin həlli kimi bacarıqlarımı inkişaf etdirdi. Müxtəlif ölkələrdən olan tələbələrlə qarşılıqlı əməkdaşlıq etməklə qlobal perspektivlər qazandım və akademik şəbəkələr formalaşdırdım. Bu təcrübələr mənə həm şəxsi, həm də peşəkar inkişaf üçün möhkəm təməl yaratdı.

Qeyd edim ki, dövlət proqramları gənclərin potensialını tam şəkildə üzə çıxarmaq üçün mühüm vasitədir. Gənclərə beynəlxalq təhsil alaraq ən qabaqcıl təcrübələri öyrənmək və onları ölkəmizin inkişafına tətbiq etmək imkanı verir. Bu, yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin intellektual kapitalının artmasına şərait yaradır.

Proqram beynəlxalq təcrübə və biliklərə çıxışı təmin edərək gənclərin daha geniş dünyagörüşünə malik olmasına şərait yaradır. Xaricdə təhsil almış gənclər ölkəyə qayıtdıqda əldə etdikləri bilikləri müxtəlif sahələrdə tətbiq edərək innovasiyaların həyata keçirilməsinə töhfə verə bilirlər. Bu da iqtisadi və sosial inkişaf baxımından strateji əhəmiyyət daşıyır.

- Qarabağ Universitetində çalışdığınız müddətdə ali təhsil müəssisəsinin təhsil sistemində hansı üstünlükləri müşahidə etmisiniz?

- Qarabağ Universiteti yeni və inkişaf etməkdə olan bir ali təhsil müəssisəsidir. Burada tələbələr üçün rahat və əlverişli bir təhsil mühiti yaradılıb. Universitetin əsas üstünlüyü tələbəyönümlü yanaşmaları təşviq və müasir təhsil metodlarını tətbiq etmək üçün göstərilən səylərdir. Xüsusilə burada layihə əsaslı öyrənmə və interaktiv dərsləri qeyd etmək istərdim ki, bütün akademik heyət bu yanaşmanı mənimsəyib tətbiq etmək üçün xüsusi səy göstərir.

Universitetdə təhsilin keyfiyyətini yüksəltmək üçün texnologiya əsaslı tədris metodları tətbiq edilir və tələbələrin praktiki biliklərə yiyələnməsi təşviq olunur. Eyni zamanda müəllimlərin peşəkar inkişafı üçün müxtəlif təlimlər və seminarlar keçirilir. Bu cür addımlar tələbələrin daha müasir bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.

Qarabağ Universitetində müasir tələblərə cavab vermək üçün müəyyən addımlar atılır. Texnologiyanın daha geniş tətbiqi, tədqiqat fəaliyyətlərinin artırılması və iş dünyası ilə əməkdaşlığın gücləndirilməsi ilə bu tələblərə daha yaxşı uyğunlaşmaq mümkündür.

- Xaricdə qazandığınız bilik və təcrübəni Azərbaycan təhsilinə tətbiq etmək üçün hansı layihələr və ya təşəbbüslər üzərində çalışırsınız?

- Hazırda dərslərimdə interaktiv və tələbəyönümlü yanaşmaları tətbiq etməklə yanaşı, tələbələrin motivasiyasını artırmaq üçün müxtəlif metodlardan istifadə edirəm. Gələcəkdə təhsil texnologiyalarının inteqrasiyası, Böyük Britaniyada yaratdığım akademik əlaqələr vasitəsilə müqayisəli analizdən istifadə edərək tədqiqat işlərinin aparılması və müəllim hazırlığı sahəsində daha geniş layihələr həyata keçirmək niyyətindəyəm.

- Gənc müəllimlər üçün nə kimi təklifləriniz var?

- Gənc müəllimlər daim öz bilik və bacarıqlarını yeniləməli, müasir tədris metodlarını öyrənməli və tələbələrlə qarşılıqlı əlaqələrə daha çox əhəmiyyət verməlidirlər. Həmçinin peşəkar şəbəkələr qurmaq və beynəlxalq təcrübələrdən faydalanmaq gənc müəllimlər üçün önəmlidir.

- Gənclər Günü münasibətilə gənclərə hansı tövsiyələriniz var?

- Gənclərə tövsiyəm odur ki, daim öyrənmə və inkişaf yolunda olsunlar. Özlərinə inanaraq gələcək hədəflərinə çatmaq üçün səylə çalışsınlar. Hər zaman öz maraq və istedadlarına uyğun sahələrdə fəaliyyət göstərərək cəmiyyətə töhfə verməyi hədəfləsinlər. Cəsarətli olsunlar, hədəflərinə doğru daim, həvəsdən düşmədən cəhd göstərsinlər.

Təhsil və karyera seçimi edərkən gənclər öz maraq dairələrini, bacarıqlarını və uzunmüddətli hədəflərini nəzərə almalıdırlar. Sevdikləri və maraqlandıqları sahələrdə fəaliyyət göstərmək həm uğur, həm də məmnuniyyət gətirir. 

Onu da əlavə edim ki, gəncləri müxtəlif təcrübələrə cəlb etmək, onların maraqlarını inkişaf etdirmək və fərdi mentorluq təklif etmək onların potensialını üzə çıxarmaq üçün mühüm vasitələrdir. Onlara müasir texnologiyalara çıxış və praktik layihələrdə iştirak etmək imkanı yaratmaq da motivasiyanı artıran amillər sırasındadır. 

-  Azərbaycanın gələcək inkişafında müəllimlərin və təhsilin rolu barədə nə düşünürsünüz?

- Müəllimlər Azərbaycanın gələcək inkişafında strateji əhəmiyyətə malikdirlər. Biz müəllimlər yalnız bilik ötürməklə kifayətlənməməli, eyni zamanda tənqidi düşünən, yaradıcı və məsuliyyətli vətəndaşlar yetişdirməliyik. Təhsilin keyfiyyətinin artırılması və müəllimlərin peşəkar inkişafına sərmayə qoyulması ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəkdir.

Günel ABBAS

Şərhlər

Xəbər lenti

27 iyun, 10:21

Sertifikasiyada könüllü iştirak edib yüksək bal topladılar

27 iyun, 09:42

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

27 iyun, 09:39

BSU-da “Məzun günü” tədbiri keçirilib

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.