Bütün xəbərlər
10 dekabr, 10:22

Musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin qiymətləndirməsinin keçirilməsi ilə bağlı əsas suallara aydınlıq gətirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.

- Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsində əsas məqsəd nədir?
- Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. 

- Hansı müddətdə və mərhələdə bu prosesin keçirilməsi planlaşdırılır?
- Ümumilikdə ölkə üzrə 2025-2026-cı illər ərzində bu prosesin keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə bu proses aparılacaq.

- Qiymətləndirmə prosesi ilə bağlı hansı sənədləşmə işləri aparılmalıdır?
- Mövcud qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yuxarı orqan kimi attestasiyanın qanunvericiliyə uyğun keçirilməsinə dair rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir. Qaydalara uyğun olaraq attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin (2025-ci il) başlanmasına qədər məktəb rəhbərliyi tərəfindən təsdiq edilməlidir.

- Qiymətləndirmənin keçirilməsi ilkin olaraq hansı regionlar üzrə və nə vaxt nəzərdə tutulur?
- İlk olaraq, 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində  fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz  bölgələrinin musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının dəyərləndirilməsi aparılacaq.

- Attestasiya komissiyası necə formalaşdırılacaq?
- Qanunvericiliyə uyğun olaraq, komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində ixtisaslı qurumlardan cəlb ediləcəkdir.

- Attestasiyada iştirak edən müəllim üçün nə qədər müddətin ayrılması nəzərdə tutulub?
- Hər bir müəllim üçün 30 dəqiqəyədək müddət nəzərdə tutulacaq.

- İlk mərhələnin Bakı şəhərində hansı məkanda keçirilməsi nəzərdə tutulur?
- Bakı Xoreoqrafiya Akademiyasında keçirilməsi nəzərdə tutulmuşdur.

- Attestasiyanın hansı formada keçirilməsi nəzərdə tutulub?
- Attestasiyanın müsahibə formatında keçirilməsi nəzərdə tutulur. Attestasiya hər bir işçi ilə fərdi qaydada, praktiki ifaçılıq və nəzəri (sual-cavab) üsul ilə keçirilir.

-  Attestasiyanın proqramı olacaqmı və müəllimlərə veriləcəkmi?
- Hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə uyğun olaraq attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə təqdim ediləcək. Məlumat üçün qeyd edim ki, proqram artıq Mədəniyyət Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Şərhlər

Xəbər lenti

13 iyun, 23:01

Xüsusi qabiliyyət imtahanlarına start verilir

13 iyun, 21:22

Sertifikatlaşdırma üzrə sınaq imtahanının sual nümunələri təqdim edilib

13 iyun, 21:18

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

13 iyun, 19:44

Səhnə balaca fidanlarındır

13 iyun, 18:19

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

13 iyun, 17:51

Hüquqlarımızı necə dərk edirik? - Tələbə və müəllimlərin fikirləri

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 16:09

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

13 iyun, 15:57

51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb

13 iyun, 15:41

Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur

13 iyun, 15:26

18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb

13 iyun, 15:15

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

13 iyun, 15:08

Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb

13 iyun, 14:56

Masallıda şagirdin yaşıdına xəsarət yetirməsi iddiası ilə bağlı AÇIQLAMA 

13 iyun, 14:48

ARTİ-də təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumunun müzakirəsi təşkil edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.