Bütün xəbərlər
3 aprel, 14:14

Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiya nəticələri açıqlanıb.

Mədəniyyət Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası zamanı əldə olunan nəticələr təhsil sahəsinin inkişafı baxımından müsbət göstəricilərlə yadda qalıb.  

Belə ki, attestasiya prosesindən uyğun qiymətlərlə keçən müəllimlərin böyük əksəriyyəti yüksək peşəkar səviyyədə qiymətləndirilib. Bu nəticə musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin yüksək potensiala sahib olduğunu göstərir.  

Xüsusilə, Bakı şəhəri üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və 2 saylı Rəşid Behbudov adına İncəsənət Məktəbinin müəllimləri uğurlu nəticələr əldə ediblər. Həmin məktəblərin müəllimlərinin böyük əksəriyyəti attestasiyanı uğurla başa vurub ki, bu da bu təhsil müəssisələrinin keyfiyyətli təhsil verdiyini sübut edir.  

Attestasiyada yaşı 60-dan yuxarı olan müəllimlərin də əksəriyyəti müsbət qiymətləndirilib. Bu, yaşlı müəllimlərin təcrübə və müasir pedaqoji yanaşmalara uyğunlaşmalarının təhsildəki mühüm rolunu bir daha təsdiqləyir.  

Uğur qazana bilməyən, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialına malik müəllimlər üçün işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılıb. Onlar MİQ imtahanlarında daha yüksək nəticə göstərdikləri təqdirdə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər.  

Bundan əlavə, yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar vasitəsilə uğur qazana bilməyən, lakin inkişaf potensialı olan müəllimlərə dəstək veriləcək, onların sosial statusları mərhələli şəkildə qiymətləndiriləcək və alternativ iş yerlərinə yönləndiriləcəklər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib. Bakı və Abşeron-Xızı regionlarında 47 məktəbdən 1759 müəllim attestasiya prosesinə cəlb olunub. 2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiya nəticəsində 1183 müəllim yüksək qiymətləndirilib. 492 müəllim isə vəzifəsinə uyğun hesab edilməyib. Onlara təlimlərdən sonra yenidən imtahan vermək imkanı yaradılacaq.

Attestasiya prosesi bütün ixtisasları əhatə etməklə 2026-cı ilədək davam edəcək.

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.