Bütün xəbərlər
10 oktyabr, 09:47

Naxçıvan Müəllimlər İnstitutunda məzunlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi, onların bilik və təcrübələrinin tələbələrlə paylaşılması, peşəkar inkişaflarının dəstəklənməsi məqsədilə Məzunlar Assosiasiyası təsis edilib.

İnstitutun mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, yeni yaradılmış bu platforma institutun məzunları ilə uzunmüddətli, sistemli və qarşılıqlı faydalı əməkdaşlıq modelinin formalaşdırılmasına xidmət edir. Assosiasiyanın əsas məqsədləri sırasında məzunların akademik və peşəkar inkişafının dəstəklənməsi, onların ömürboyu təhsil prosesinə inteqrasiyası və institutun ictimai nüfuzuna töhfə verilməsi dayanır.

Bu məqsədlə institutda Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib. Tədbirdə müxtəlif illərdə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş məzunlar, professor-müəllim heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov qeyd edib ki, assosiasiyanın yaradılması müasir ali təhsil müəssisəsinin inkişaf modelində vacib strateji addımlardan biridir. O bildirib ki, bu təşəbbüs təkcə təhsil prosesinə yox, cəmiyyətə də real töhfələr verəcək.

Daha sonra çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun elm və innovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı Məzunlar Assosiasiyasının əsasnamə layihəsi ilə tədbir iştirakçılarını tanış edib. O bildirib ki, layihədə assosiasiyanın hüquqi statusu, məqsəd və vəzifələri, idarə olunma mexanizmləri, üzvlük qaydaları və fəaliyyət istiqamətləri ətraflı şəkildə əks olunub. Prorektor vurğulayıb ki, Əsasnamə məzunlarla institut arasında sistemli əməkdaşlıq üçün hüquqi baza yaradır. Burada göstərilən prinsiplər əsasında assosiasiya gələcəkdə həm tədris prosesinə, həm də əmək bazarına yönəlik layihələrdə fəal iştirak edə biləcək.

Konfrans çərçivəsində Məzunlar Assosiasiyasının İdarə Heyəti formalaşdırılıb. Açıq səsvermə yolu ilə institutun uğurlu məzunu Taleh Xəlilov Assosiasiyanın sədri seçilib. 

Qeyd edək ki, yaxın günlərdə istifadəyə veriləcək onlayn qeydiyyat platforması vasitəsilə məzunlar assosiasiyaya asan şəkildə üzv ola biləcəklər. Platforma üzərindən məzun məlumat bazası formalaşdırılacaq, sistemli əlaqələr qurulacaq və gələcək fəaliyyətlər haqqında məlumatlandırma operativ şəkildə aparılacaq.

Assosiasiyanın fəaliyyət istiqamətləri çərçivəsində görüşlər, seminarlar, təlimlər, karyera günləri, təcrübə proqramları və digər inkişaf yönümlü təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

1 /4

Şərhlər

Xəbər lenti

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.