Bütün xəbərlər
10 aprel, 18:10

Aprelin 10-da elm və təhsil nazirinin müavini İdris İsayev Kürdəmir rayonunda olub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Səfər zamanı İdris İsayev Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbə baş çəkib. Sözügedən təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir müavini müəllim və şagird kollektivi ilə də görüşüb, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib.

Nazir müavini Kürdəmir şəhərində yerləşən 10 nömrəli körpələr evi-uşaq bağçasında da təlim-tərbiyə prosesini izləyib.    

Səfər çərçivəsində İdris İsayev E.Qurbanov adına Qarasu kənd tam orta məktəbində Vətən müharibəsində şəhid olmuş müəllim Qoşqar Ömərovun atası, həmin məktəbin riyaziyyat müəllimi Səxavət Ömərov ilə görüşüb. Görüş zamanı şəhid atası Qoşqar Ömərovun keçdiyi ömür yolu və müəllim kimi fəaliyyəti barədə danışıb. 

Nazir müavini Kürdəmirdə vətəndaş qəbulu da keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən işlə təmin olunma və digər mövzularla bağlı müraciətlər edilib. İdris İsayev hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.

1 /16

Şərhlər

Xəbər lenti

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

18 aprel, 15:15

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

18 aprel, 15:05

Rəqəmlərin rəngi, notların dadı var

18 aprel, 14:44

“Mesajı oxuyanda gözlərim doldu" – 300 bal toplayan paytaxt məktəbliləri

18 aprel, 14:34

Bağçada qısaqapanma nəticəsində tüstülənmə olub

18 aprel, 14:05

ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir

18 aprel, 14:03

Prorektor: Pedaqoji ixtisaslara qəbul planı optimallaşdırılır

18 aprel, 13:43

Qarabağ Universitetində Firuz Səxavətin konserti olub

18 aprel, 13:08

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılacaq

18 aprel, 12:48

Sabahın hava proqnozu açıqlanıb

18 aprel, 12:30

Elçin Yusubov: Şagirdlərimiz azad olunmuş ərazilərdə müasir məktəblərdə təhsil alırlar

18 aprel, 12:26

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

18 aprel, 12:23

Ən çox bu universitetlərin məzunları “Yüksəliş”də iştirak edirlər

18 aprel, 12:16

Uşaq İncəsənət Festivalının birinci seçim turu başlayır

18 aprel, 12:14

V “Yüksəliş” müsabiqəsində 106 nəfər 21 yaşlı gənc iştirak edəcək 

18 aprel, 12:13

Bu il “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçənlər rekord həddə olub

18 aprel, 12:10

Misirdə təhsil islahatına yapon dəstəyi: Tokkatsu modeli nədir?

18 aprel, 12:03

ADPU-nun prorektoru: “Hədəf 2030-cu ilədək qəbulun 30%-nin digər ixtisaslara yönəldilməsidir” – MÜSAHİBƏ

18 aprel, 11:34

BDU Özbəkistanın Turon Universiteti ilə əməkdaşlıq edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.