
Elm və təhsil naziri Emin Əmrullayev ilk dəfə 6 universitetimizin “QS 2026: dünya universitetlərinin reytinqi”ndə 1000 ən yaxşı universitet sırasında yer alması münasibətilə sosial şəbəkə hesabında təbrik paylaşımı edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, paylaşımda deyilir:
"Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026: dünya universitetlərinin reytinqi”ndə 1000 ən yaxşı universitet sırasında yer alıb.
– Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci yerə yüksəlib – bu, ölkəmiz üzrə ən yüksək göstəricidir.
– Azərbaycan Dövlət İqtisad Universiteti (801–850) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (851–900) də öz mövqelərini ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
– Azərbaycan Texniki Universiteti (851–900), Bakı Mühəndislik Universiteti (901–950) və Xəzər Universiteti (951–1000) isə ilk dəfə olaraq bu nüfuzlu qlobal reytinqin dünyanın 1000 ən yaxşı universiteti siyahısına daxil olub.
– Eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001–1200), Sumqayıt Dövlət Universiteti (1001–1200) və ADA Universiteti (1201–1400) də “QS 2026” reytinqinə ilk dəfə daxil olan universitetlər sırasındadır.
Bu nəticələr Azərbaycanın ali təhsil sisteminin inkişaf dinamikasını və beynəlxalq arenadakı mövqeyinin güclənməsini nümayiş etdirir.
“QS 2026” reytinqinin nəticələrinə əsasən, Azərbaycanın Cənubi Qafqaz regionunda lider mövqedə qərarlaşması olduqca qürurvericidir.
Reytinqə daxil olan bütün universitetlərimizin rəhbərliyini, professor-müəllim heyətini və tələbələrini bu mühüm uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayıram".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər