
Martın 6-da Elm və Təhsil Nazirliyinin bir qrup əməkdaşı 2024-cü il ərzində səmərəli fəaliyyətlərinə və vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirdiklərinə görə təltif edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təltifetmə mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əməkdaşları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ötən ilin yaddaqalan məqamlarına, ölkə tarixində baş verən mühüm hadisələrə toxunan Emin Əmrullayev nazirliyin həyata keçirdiyi islahatların uğurlu nəticəsində əməkdaşların səylərini xüsusi qiymətləndirib. Nazir həmçinin dövlət qulluqçularının fəaliyyətində dürüstlük, loyallıq və məsuliyyətli olmağın vacibliyinə toxunub.
Daha sonra təltiflər təqdim olunub.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər