Bütün xəbərlər
10 mart, 16:09

Lənkəran Dövlət Universitetində (LDU) 27 mart - “Elm günü”nə həsr olunmuş "dəyirmi masa" keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elvin Əliyev açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. 

LDU-nun rektorunun müşaviri, texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov çıxışında bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açdığını, gənc tədqiqatçıların yetişməsinə stimul yaratdığını deyən professor Mikayıl Məhərrəmov Lənkəran Dövlət Universitetində son illərdə bu istiqamətdə görülən işlərdən danışıb, elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

LDU-nun Təbiyyat fakültəsinin dekanı dosent Nahid Paşayev, Aqrar və mühəndislik fakültəsinin dekanı dosent Balayar Şahbazov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Afaq Qasımova, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dosent Elman Mirzəyev, Baytarlıq fakültəsinin dekanı vəzifəsini icra edən professor Cihan Kaçar çıxışlarında ölkədə elmin inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işlərdən danışaraq qarşılıqlı fikir mübadiləsi aparıblar.  

Çıxışlarda bildirilib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır. Azərbaycanda son 10 ildə həyata keçirilən siyasət nəticəsində sosial inkişaf göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ölkə başçısının ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması istiqamətində görülən işlərin nəticəsidir.

Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.  

“Elm günü”nə həsr olunmuş tədbirdə LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak edib.

1 /3

Şərhlər

Xəbər lenti

1 iyun, 12:57

Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı  keçirilir

1 iyun, 12:47

Uşaq olmaq necədir? – Onların məsum düşüncələri 

1 iyun, 11:27

“Atam məni görür” -  Atalarının izlərini Şuşada axtaranlar - REPORTAJ

1 iyun, 10:39

Məktəblilər səhnədə: Problemlərini sakit, “dərd”lərini gülərək həll edirlər - REPORTAJ

1 iyun, 10:11

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.