Bütün xəbərlər
10 mart, 13:01

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrinin V-Xl sinif şagirdlərinin iştirakı ilə “Sağlam nəsil-parlaq gələcək” layihəsinə start verilib.

Bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə yarış və turnirlərin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların, zərərli vərdişlərlə mübarizəyə və idmana həsr olunmuş rəsm sərgilərinin, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda “Dəyirmi masa” və diskussiyaların, ixtisaslı mütəxəssislərlə şagird və valideynlərin görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında maarifləndirici videosüjetlər nümayiş olunacaq.

Ümumi təhsil müəssislərinin fiziki tərbiyə müəllimlərinin, idman nailiyyəti olan şagirdlərin, məzunların iştirakı ilə idmanın müxtəlif istiqamətləri üzrə festivalların, OCEP layihəsi çərçivəsində digər ölkələrin idman nailiyyətləri ilə bağlı şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin, “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbirlərin, ümumi təhsil məktəblərinin müəllimləri, uşaq birliyi rəhbərləri, məktəb-valideyn icmasının rəhbər və üzvləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər arasında zərərli vərdişlərə qarşı təbliğat aparılması, valideyn-övlad münasibətlərinin uşaqların sosial-emosional inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, layihə çərçivəsində şagirdlərin ifasında maarifləndirici səhnəciklər nümayiş olunacaq, bukletlər, rəsm əsərləri, təqdimatlar, videoçarxlar, posterlər hazırlanacaq, sosial şəbəkələrdə #SağlamNəsilParlaqGələcək həştəqi ilə məlumatlar paylaşılacaq, zərərli vərdişlərlə mübarizə və idmanla bağlı xüsusi günlərlə əlaqədar silsilə tədbirlər keçiriləcək.

Şərhlər

Xəbər lenti

28 avqust, 17:45

Nazir müavini Həsən Həsənli Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

28 avqust, 17:26

Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq

28 avqust, 17:05

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ!

28 avqust, 16:47

Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri 114 məktəbdə çalışacaqlar

28 avqust, 16:38

25 yaşında köçkün, 57 yaşında Qarabağa qayıdan usta oldu 

28 avqust, 16:35

Qusarın poliqlot müəllimi: İndi ərəb dilini öyrənirəm, gələcəkdə başqalarını da öyrənəcəyəm – MÜSAHİBƏ

28 avqust, 15:53

Müəllimlərin məktəbdə yemək yeməsi xəbərdirmi? – ÇAĞIRIŞ

28 avqust, 15:05

“Azercell"in “Audio Kitablar” xidməti ilə kitabları hər yerdə dinləmək mümkündür

28 avqust, 14:56

Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

28 avqust, 14:50

Gürcüstanda 1,8 milyon illik insan çənəsi tapıldı

28 avqust, 14:22

Bir qrup təhsil işçisi Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir

28 avqust, 14:12

182 nömrəli məktəbdən açıqlama: Görüntülər dərs vaxtı çəkilməyib

28 avqust, 13:30

Rus bölməsinin 6-cı sinifləri üçün yeni “Azərbaycan tarixi” dərsliyi hazırlanıb

28 avqust, 13:04

İlin ən möhtəşəm yarışı ICPC-nin başlamasına 3 gün qalıb!

28 avqust, 13:00

Tələbə kimi getdiyi Çikaqo Universitetindən müəllimlik təklifi aldı

28 avqust, 12:48

“Parla”nın məzunu Dövlət Proqramının iştirakçısı olub

28 avqust, 12:31

Bu il hansı yeni dərsliklər olacaq?

28 avqust, 12:20

Sabahın hava proqnozu açıqlanıb

28 avqust, 12:12

BSU-da doktoranturaya qəbul imtahanı ilə bağlı koordinasiya görüşü keçirilib

28 avqust, 12:05

Ulduz idmançıların arxasındakı qəhrəman müəllimlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.